Türkiyənin 24 vilayətində narkotik maddələrin qanunsuz dövriyyəsi və çətənə (kannabis) yetişdirilməsi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyatlar nəticəsində 138 şübhəli saxlanılıb, külli miqdarda narkotik vasitə və milyonlarla çətənə kökü aşkarlanaraq məhv edilib. Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyatlar Jandarma Baş Komandanlığının Narkotik Cinayətlərlə Mübarizə İdarəsi və Respublika Baş Prokurorluqlarının koordinasiyası ilə həyata keçirilib.
Türkiyə
2026 - cı ilin iyun ayında Türkiyənin İskenderun limanı 36 milyon 420 min 875 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, İskenderun limanından Türkiyə bayrağı altında üzən 474 min 371 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 31 milyon 190 min 239 ton yük daşınıb.
2026 -cı ilin iyun ayında Azərbaycandan Türkiyəyə 66 min 684 turist səfər edib ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 6,56 faiz azdır. Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,37 faiz təşkil edib. 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycandan Türkiyəyə 319 min 679 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,84 faiz çoxdur.
Türkiyə və İraq enerji, ticarət və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib. Tərəflər neft axınlarının artırılması, "İnkişaf Yolu" layihəsinin sürətləndirilməsi və orta müddətli perspektivdə qarşılıqlı ticarət dövriyyəsinin 30 milyard dollara çatdırılması istiqamətində birgə fəaliyyət göstərəcəklər. Razılaşma Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İraqın Baş naziri Əli əz-Zeydinin Ankarada keçirdiyi ikitərəfli görüşdən sonra açıqlanıb.
Loqoda "25" rəqəmi üzərində Türkiyə bayrağı, Prezident Administrasiyası Kompleksi, körpü, yüksək sürətli qatar, yerli avtomobil, müdafiə sənayesi məhsulları, sənaye, kənd təsərrüfatı və nəqliyyat sahələrini simvolizə edən müxtəlif elementlər əks olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 6 fevral zəlzələlərindən sonra yaranmış proseslərə toxunaraq, təbii fəlakətdən şəxsi maraqlar üçün istifadə edənlərin məsuliyyətə cəlb edildiyini bildirib. O bildirib ki, zəlzələdən istifadə edərək fürsətçilik edən şəxslər hazırda qanun qarşısında cavab verirlər və bu prosesdə müxtəlif qanunsuz əlaqələr də üzə çıxır.
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Ankarada keçirilən II Kommunikasiya Şurasında çıxışı zamanı süni intellekt, rəqəmsal media və sosial şəbəkələrin cəmiyyətə təsiri, eləcə də 6 fevral zəlzələləri dövründə baş verən hadisələrlə bağlı mühüm açıqlamalar verib.
2026-cı ilin iyun ayında Qırğızıstan vətəndaşları Türkiyədə 16 mənzil satın alıblar. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 1 daşınmaz çoxdur. Belə ki, ötən ilin iyun ayında Qırğızıstan vətəndaşları tərəfindən Türkiyədə 15 mənzil alınıb. Qeyd edək ki, 2026-cı ilin iyul ayında Türkiyədə ümumilikdə 129 min 979 mənzil satılıb. Bu, 2025-ci ilin iyul ayı ilə müqayisədə 15,8 faiz artım deməkdir.
2026 - cı ilin iyun ayında Türkiyənin Antalya limanı 2 milyon 951 min 391 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Antalya limanından Türkiyə bayrağı altında üzən 164 min 784 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 1 milyon 212 min 344 ton yük daşınıb.
Türkiyə Fransada davam edən güclü meşə yanğınlarının söndürülməsinə dəstək məqsədilə iki yanğınsöndürmə təyyarəsi göndərib. Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı açıqlamasında bildirib ki, təyyarələr Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Fransaya yola salınıb.
2026-cı ilin iyun ayında Türkmənistan vətəndaşları Türkiyədə 34 mənzil və 3 iş yeri olmaqla ümumilikdə 34 daşınmaz əmlak obyekti satın alıblar. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8 daşınmaz çoxdur. Belə ki, ötən ilin iyul ayında Türkmənistan vətəndaşları tərəfindən Türkiyədə 18 mənzil və 1 iş yeri alınıb.
2026 - cı ilin iyun ayında Türkiyənin Ambarlı limanı 17 milyon 617 min 630 ton yük qəbul edib. Nazirlikdən verilən məlumata görə, Ambarlı limanından Türkiyə bayrağı altında üzən 747 min 778 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 8 milyon 745 min 36 ton yük daşınıb.