Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə XİN Balkan Sülh Platformasının 3-cü iclasına Antalyada ev sahibliyi edib

    18 Aprel 2026 17:49
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə XİN Balkan Sülh Platformasının 3-cü iclasına Antalyada ev sahibliyi edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Antalya Diplomatik Forumu çərçivəsində keçirilən Balkan Sülh Platformasının 3-cü iclasına sədrlik edib.

    VOA xəbər verir ki, toplantı Antalyanın turistik bölgəsi Belekdə yerləşən NEST Konqres Mərkəzində baş tutan 5-ci Antalya Diplomatik Forumu çərçivəsində keçirilib.

    Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, iclas platformanın regionda sülh, dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən fəaliyyətlərinin davamı kimi təşkil olunub. Görüşdə Balkan ölkələri arasında siyasi koordinasiya, regional sabitlik və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

    Qeyd edək ki, 17 aprel tarixində başlayan 5-ci Antalya Diplomatik Forumu dünya liderlərini, yüksək səviyyəli hökumət nümayəndələrini və beynəlxalq təşkilat rəhbərlərini bir araya gətirib. Forum Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında və Türkiyə Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə keçirilir. Tədbirin qlobal kommunikasiya tərəfdaşı Anadolu Agentliyidir.

    Forumda 20-dən çox dövlət və hökumət başçısı, təxminən 15 vitse-prezident və baş nazir müavini, 50-dən çox nazir (onlardan 40-dan çoxu xarici işlər nazirləridir), 75 beynəlxalq təşkilat nümayəndəsi daxil olmaqla 460-dan çox yüksək səviyyəli qonaq iştirak edir. Ümumilikdə isə tədbirə akademik dairələr və tələbələrlə birlikdə 5 minə yaxın iştirakçı qatılıb.

    #Antalya Diplomatik Forumu #Beynəlxalq diplomatiya #Balkan ölkələri #regional əməkdaşlıq #Balkan Sülh Platforması #Türkiyə xarici siyasəti #sülh və sabitlik təşəbbüsləri #Balkan Sülh Platformasının məqsədləri və fəaliyyəti #Antalya Diplomatik Forumunda keçirilən görüşlər #Türkiyənin Balkan siyasətinin əsas istiqamətləri #Balkan ölkələri arasında diplomatik əməkdaşlıq
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hüquqi tənzimləmə yalnız silahı könüllü təhvil verənlərə şamil ediləcək - Kurtulmuş

    5 İyul 2026 20:42

    Rubio Körfəz səfərinə BƏƏ-dən başladı

    23 İyun 2026 21:47

    TBMM sədri Numan Kurtulmuş TÜRKPA Baş katibliyini Bakıda ziyarət edib

    23 İyun 2026 20:46

    Azərbaycan-Türkmənistan münasibətlərinin vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

    22 İyun 2026 21:34

    İran və Pakistan aralıq razılaşmanı müzakirə edib

    18 İyun 2026 21:05

    İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində regional ticarət əlaqələrinin gücləndirilməsi məsələləri müzakirə olunub

    17 İyun 2026 19:15

    Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu keçirilib

    16 İyun 2026 20:42

    İran XİN müavini Rusiya və Çin səfirləri ilə görüşüb

    13 İyun 2026 19:47

    Şahbaz Şərif “son və razılaşdırılmış mətn” deyərkən nəyi nəzərdə tutur?

    12 İyun 2026 21:43

    Venesuelanın vitse-prezidenti Ərdoğanın dəvəti ilə Türkiyəyə gəlir

    8 İyun 2026 15:20

    Avropa İttifaqının xarici siyasət rəhbəri atəşkəsi alqışlayıb

    4 İyun 2026 18:59

    Almaniya ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi - Səbəb Qəzzadır

    4 İyun 2026 10:02
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.