Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Antalya Diplomatik Forumu çərçivəsində keçirilən Balkan Sülh Platformasının 3-cü iclasına sədrlik edib. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, iclas platformanın regionda sülh, dialoq və əməkdaşlığın gücləndirilməsi məqsədilə həyata keçirilən fəaliyyətlərinin davamı kimi təşkil olunub. Görüşdə Balkan ölkələri arasında siyasi koordinasiya, regional sabitlik və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.