Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Burhaneddin Duran: İsrail beynəlxalq hüququ pozmaqda davam edir

    16 Mart 2026 20:50
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Burhaneddin Duran: İsrail beynəlxalq hüququ pozmaqda davam edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhaneddin Duran İsrailin Qəzzadakı hərəkətlərindən sonra regionda qeyri-sabitliyi artıran addımlarını davam etdirdiyini bildirib.

    VOA xəbər verir ki, Duran sosial media hesabında etdiyi paylaşımda Məscid-i Əqsada ibadətin məhdudlaşdırılması cəhdlərini və Livanın suverenliyinə qarşı başladılan hərbi əməliyyatları kəskin şəkildə pisləyib.

    Bəyanatda qeyd olunur ki, Məscid-i Əqsada ibadətin qarşısının alınması təkcə müsəlmanlara deyil, bütün bəşəriyyətə qarşı hörmətsizlik və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Eyni zamanda, İsrail ordusunun Livana qarşı başlatdığı quru əməliyyatının regiondakı gərginliyi daha da artırdığı, bu ölkənin ərazi bütövlüyünü birbaşa hədəf aldığı vurğulanıb.

    Burhaneddin Duranın sözlərinə görə, İsrail hökumətinin bu addımları mövcud münaqişələrin şiddətini artırmaqla yanaşı, onsuz da kövrək olan regional balansları sarsıdır və yeni insani fəlakət riski yaradır. O bildirib ki, bölgədə sülh və sabitliyin bərqərar olması üçün beynəlxalq birlik hüquq tanımayan İsrailə qarşı qətiyyətli mövqe nümayiş etdirməli və dərhal məsuliyyət üzərinə götürməlidir.

    Sonda vurğulanıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə müqəddəs məkanlara, Livanın suverenliyinə və regional sabitliyə yönəlmiş hər növ hücumun qarşısında durmağa davam edəcək.

    #Burhanəddin Duran: İsrail beynəlxalq hüququ pozmaqda davam edir #Türkiyədən sərt reaksiya: Livanın suverenliyi hədəf alınır #Türkiyədən sərt reaksiya: Livanın suverenliyi hədəf alınırBakı #AzerVoice: Məscid-i Əqsada ibadətin əngəllənməsi qəbul edilməzdir #İsrailin Livan əməliyyatı regional sabitliyi təhdid edir #Burhanəddin Duran beynəlxalq birliyi məsuliyyətə çağırdı #Türkiyə regional dramın qarşısını almaq üçün qətiyyətli mövqeyini açıqladı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Türkiyə və Rumıniya əməkdaşlığın genişləndirilməsini müzakirə edib

    20 İyun 2026 19:01

    Türkiyə tarixində ilk: NATO və Avropa İttifaqı üzvünə hərbi gəmi ixrac edildi

    20 İyun 2026 16:29

    Qahirədə mühüm diplomatik görüş: Hakan Fidan dördtərəfli formatın gələcəyinə dair mesajlar verəcək

    20 İyun 2026 15:45

    Türkiyə ilə Çin arasında ticarət dövriyyəsi 50 milyard dolları ötüb

    20 İyun 2026 15:35

    Pakistan və Türkiyə XİN rəhbərləri regionda “uzunmüddətli sülh” arzulayıb

    18 İyun 2026 18:19

    Türkiyə Pakistanın ABŞ və İran arasındakı vasitəçiliyini alqışlayıb

    18 İyun 2026 16:40

    Ankara regional sülhün təmin edilməsində həlledici addımları dəstəkləyir - Türkiyə MN

    18 İyun 2026 13:35

    MİT İŞİD-in sözdə Türkiyə media məsulunu zərərsizləşdirdi

    17 İyun 2026 12:30

    Belçika və Türkiyə müdafiə şirkətləri arasında əməkdaşlıq sazişi imzalanıb

    16 İyun 2026 21:57

    Hakan Fidan: ABŞ–İran razılaşması daimi təhlükəsizlik arxitekturasına çevrilə bilər

    16 İyun 2026 18:10

    May ayında Türkiyənin sement məhsulları ixracı 12,2 faiz azalıb (ÖZƏL)

    16 İyun 2026 17:20

    May ayında Türkiyənin elektrik məhsulları ixracı azalıb (ÖZƏL)

    16 İyun 2026 16:20
    XƏBƏR LENTİ

    Tarixin ən böyük hücumlarından biri: Almaniya SSRİ-yə qarşı “Barbarossa” əməliyyatını necə başladı?

    Şura surəsi nədən bəhs edir?

    Hörmüz boğazından Livana qədər: Vaşinqton-Tehran memorandumunun iqtisadi və hərbi fəsadları

    Tarixdə bu gün - 22 İyun

    Casio brendi nəbzölçən və günəş enerjili yeni G-Shock G-Lide GBX-H5600 saatlarını təqdim edib

    HONOR MagicBook X16 2026 noutbukunun icmalı: Tanış korpusda yeni daxili güc

    İran Trampın təhdidlərinə cavab verdi: “Silahlı qüvvələrimiz istənilən cavabı verməyə hazırdır”

    Fidelin inqilabını yaşadan dövlətin baş memarı - Raul Kastro

    Aldatıldığını düşünən müştəri BMW-dən pulunu aldı

    Trampdan İrana sərt xəbərdarlıq: Hörmüz boğazı bağlanarsa, “ölkəniz belə qalmayacaq”

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.