Türkiyə Milli Müdafiə Nazirliyinə tabe olan ASFAT və Maşın və Kimya Sənayesi Səhmdar Cəmiyyəti (MKE) Ankarada keçirilən "Məhsuldarlıq və Texnologiya Sərgisi"ndə diqqətçəkən layihələrini nümayiş etdirib.
#MKE
Türkiyənin Maşın və Kimya Sənayesi (MKE) şirkəti tərəfindən hazırlanan "TOLGA" yaxın hava müdafiə sistemi qlobal silah bazarında asimmetrik təhdidlərə qarşı ən effektiv həll yollarından biri kimi ön plana çıxıb. MKE baş direktoru İlhami Keleşin bildirdiyinə görə, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra dronların ucuz və geniş yayılmış hərbi vasitəyə çevrilməsi yaxın hava müdafiəsi ehtiyacını artırıb. "TOLGA" bu boşluğu doldurmaq üçün Türkiyənin "Polad Qübbə" (Çelik Kubbe) hava hücumundan müdafiə layihəsinin alt seqmentini, yəni çox alçaq hündürlükdəki təhdidləri zərərsizləşdirmək üçün dizayn edilib.
MKE-nin həyata keçirdiyi layihələr içində ən diqqətçəkəni 4,7 milyon kvadratmetrlik Enerji Materialları Fabrikidir. Müdafiə sənayesində “birinci, bütün sektorlar üzrə isə üçüncü ən böyük sərmayə” kimi xarakterizə olunan bu layihənin icrası sürətlə davam edir.