Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    İsrailin saxladığı 14 türk vətəndaşı Türkiyəyə qayıdır - Türkiyə XİN

    7 Oktyabr 2025 12:05
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin saxladığı 14 türk vətəndaşı Türkiyəyə qayıdır - Türkiyə XİN
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    İsrailin hücum etdiyi Əzm Donanmasında qanunsuz şəkildə saxlanılan bir qrup türk vətəndaşı İordaniya üzərindən Türkiyəyə qayıtmaq üçün İordan çayının qərb sahilində yerləşən sərhəd-keçid məntəqəsinə çatıb.

    AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, İsrail tərəfindən ələ keçirilən Əzm Donanmasının gəmilərində olan 14 türk vətəndaşı bu səhər quru yolu ilə İordaniyaya keçib.

    Keçeli əlavə edib ki, həmin şəxslər Ammandan hava yolu ilə Türkiyəyə qayıdacaqlar və bununla da donanmanın bütün türk iştirakçıları vətənə dönmüş olacaq.

    İsrail, Əzm Donanmasında yer alan 480 fəalı beynəlxalq sularda qanunsuz olaraq saxlamışdı. Onlardan 4 italiyalı parlament üzvü ilk gün azad edilib. Ardınca şənbə günü 36 türk və 137 fəal Türkiyənin ayırdığı Türk Hava Yollarına məxsus təyyarə ilə İsraildən təxliyə olunmuşdu.

    Bazar günü 29 fəal İspaniyaya, bazar ertəsi isə 171 fəal Yunanıstan və Slovakiyaya göndərilmişdi.

    Qeyd edək ki, İsrailin Qəzzaya tətbiq etdiyi blokadanı qırmaq və bölgəyə humanitar yardım çatdırmaq məqsədilə yola çıxan Qlobal Sumud Donanması, 1 oktyabr axşamı Qəzza sahillərinə yaxınlaşıb.

    İsrail ordusu donanmaya hücum edərək, onlarla gəmi və qayıqdan ibarət olan donanmanı qanunsuz şəkildə ələ keçirib və yüzlərlə sərnişini saxlayıb.

    Bu donanma, indiyədək Qəzzaya humanitar yardım aparmaq məqsədilə yola çıxan ən böyük təşkilatlanmış yardım missiyası hesab olunur.

    #Türkiyə XİN #İordaniya #Öncü Keçeli #Türkiyə XİN açıqlaması #Əzm Donanmas #Qlobal Əzm Donanması #Əzm Flotiliyası #aktivistlər
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Fələstin məsələsi Yaxın Şərq probleminin mərkəzində dayanır - Si Cinpin

    24 Avqust 2026 18:22

    Si Cinpin müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədi

    24 Avqust 2026 16:29

    İordaniyada 7 ayın nəticələri açıqlandı - milyardlarla qazanc

    15 Avqust 2026 07:50

    İordaniya şahzadəsi İmanın iki qız övladı dünyaya gəldi

    15 Avqust 2026 07:40

    İordaniya hökuməti struktur dəyişikliyi və yenidənqurma ərəfəsindədir

    14 Avqust 2026 15:10

    Qətərin Baş naziri Əmmanda Şərqi Qüdslə bağlı keçirilən iclasa qatılıb

    5 Avqust 2026 21:28

    Qətər və Misir XİN başçıları regional gərginliyi müzakirə ediblər

    5 Avqust 2026 19:41

    İordaniya İsrailin Qəzzadakı hücumlarını pisləyib

    4 Avqust 2026 18:29

    ABŞ Yaxın Şərqdəki vətəndaşlarını ehtiyatlı olmağa çağırıb

    1 Avqust 2026 18:14

    ABŞ ordusu İranın İordaniyadakı aviabazaya hücumu ilə bağlı iddiaları təkzib edib

    30 İyul 2026 20:58

    Körfəz Əməkdaşlıq Şurası İranın Küveyt və İordaniyaya hücumlarını kəskin pisləyib

    30 İyul 2026 19:03

    İordaniya Küveytə edilən ölümcül hücumu suverenliyə açıq təcavüz adlandırdı

    30 İyul 2026 18:38
    XƏBƏR LENTİ

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.