İsrailin hücum etdiyi Əzm Donanmasında qanunsuz şəkildə saxlanılan bir qrup türk vətəndaşı İordaniya üzərindən Türkiyəyə qayıtmaq üçün İordan çayının qərb sahilində yerləşən sərhəd-keçid məntəqəsinə çatıb. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli bildirib ki, İsrail tərəfindən ələ keçirilən Əzm Donanmasının gəmilərində olan 14 türk vətəndaşı bu səhər quru yolu ilə İordaniyaya keçib.
#aktivistlər
İsrailin Əzm Donanmasında qanunsuz şəkildə saxladığı və bu gün azad etdiyi italyan aktivistlərdən son qrupdakı 7 nəfər ötən gecə Roma Fiumicino Hava Limanına çatıb. Əzm Donanmasında iştirak edən 45 italyan aktivistin ölkələrinə qayıdışı ötən gecə 15 nəfərlik son qrupun da gəlməsi ilə tamamlanıb. İsraildən ən son ayrılan 15 nəfərlik italyan aktivist qrupu dünən günorta saatlarında ilk olaraq Yunanıstanın paytaxtı Afinaya çatıb. Bu 15 nəfərdən 7-si isə yerli saatla 22:30 (Bakı vaxtı ilə 23:30) radələrində Aegean Hava Yollarının reysi ilə Afinadan Romaya gəlib.