Şahzadə İman bint II Abdullah və Cəmil Aleksandr Termiotis cütlüyünün 14 avqust 2026-cı il tarixində əkiz qız övladları dünyaya gəlib.
Kral sarayı bu xoş xəbər münasibətilə Şahzadə İmanı və həyat yoldaşı Cəmil Termiotisi təbrik edib. Eyni zamanda iki qız nəvə sahibi olan Kral II Abdullah və Kraliça Raniya Əl-Abdullah da təbrikləri qəbul ediblər.
Açıqlamada yeni doğulmuş körpələrə cansağlığı arzulandığı, onların valideynlərinin və Haşimi ailəsinin himayəsində böyüməsi üçün xoş diləklər ifadə edildiyi bildirilib.