Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyədə avtomobil satışları artıb elektrikli modellər ön plana çıxıb

    13 Avqust 2025 13:31
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyədə avtomobil satışları artıb elektrikli modellər ön plana çıxıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Renault Clio ilin ilk 7 ayında ən çox satılan avtomobil olaraq siyahının başında qalmağa davam edir. Togg T10X isə elektrikli bazardakı liderliyinə əlavə olaraq ümumi satışlarda da zirvəyə doğru irəliləyir.

    AzerVoice xəbər verir ki,Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD) məlumatlarına əsasən, bu ilin yanvar-iyul dövründə avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 6,68 faiz artaraq 572 min 198 ədədə çatıb. Yüngül ticari nəqliyyat vasitələrinin satışları isə 5,77 faiz artaraq 143 min 497 olub.

    Türkiyədə avtomobil və yüngül ticari nəqliyyat vasitələrinin ümumi satışları eyni dövrdə 6,5 faiz artaraq 715 min 695-ə çatıb.

    Yalnız iyul ayında avtomobil və yüngül ticari vasitə bazarı ötən ilin eyni ayına nisbətən 14,55 faiz artaraq 107 min 718 olub. Avtomobil satışları 14,71 faiz artaraq 84 min 195-ə, yüngül ticari vasitə satışları isə 13,96 faiz artaraq 23 min 523-ə çatıb.

    Model üzrə baxıldıqda, ilin 7 ayında Türkiyədə ən çox satılan avtomobil Renault Clio olub (27 min 189 ədəd). Togg T10X 19 min 821 satışla ikinci, Renault Megane Sedan isə 19 min 230 ədəd satışla üçüncü yerdə qərarlaşıb.

    Eyni dövrdə Togg T10X ötən il eyni dövrdə 14 min 248 satışla altıncı yerdə idi, bu il isə ikinci yerə yüksəlib. Satış artımı 39 faiz olaraq hesablanıb.

    Bu müddətdə ən çox satılan dördüncü avtomobil 17 min 532 ədəd ilə BYD Seal U olub. Tesla Model Y 17 min 26 satışla beşinci, Toyota C-HR isə 14 min 91 satışla altıncı sırada qərarlaşıb. Tesla Model Y-nin satışları ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 5 qat artıb (ötən il 7 ayda 3 min 502 ədəd).

    Bu ilki siyahı ilə ötən ilki müqayisə edildikdə elektrikli və hibrid avtomobillərin sayında nəzərəçarpacaq artım müşahidə olunub. Bu dövrdə siyahıya Tesla da daxil olub. Hibrid seqmentdə isə BYD Seal U və Toyota C-HR əlavə olunub. Beləliklə, siyahıda iki elektrikli və iki hibrid avtomobil yer alıb. Ötən il bu siyahıda yalnız Togg var idi.

    2023-cü ilin iyul ayında Türkiyədə təxminən 1 milyard dollarlıq investisiya razılaşması imzalayan BYD-nin Seal U modeli üzrə satışları bu ilin yanvar-iyul dövründə ötən ilin eyni dövrünə görə təxminən 38 qat artıb. Ötən il 7 ayda bu modelin yalnız 456 ədədi satılmışdı.

    BYD-nin təkcə Türkiyədə deyil, Avropadakı yüksəlişi də diqqət çəkir. BYD-nin tam elektrikli avtomobil satışları Avropada bu ilin aprel ayında illik müqayisədə 169 faiz artaraq 7 min 231-ə çatıb. Həmin dövrdə ABŞ mərkəzli Tesla-nın satışları 49 faiz azalaraq 7 min 99-a düşmüşdü.

    JATO Dynamics-in məlumatına əsasən, ilin ilk yarısında BYD Avropada 41 min 270 satışla ən çox satılan 12-ci elektrikli avtomobil markası olub.

    #ABŞ #TOGG #Toyota #Tesla #BYD #TOGG və Çin avtomobil markaları #Tesla robotaksi icazəsi #Tesla robotaksi xidməti 2025 #Tesla'nın avtomatik taksi layihəsi #Togg satışları #Togg C-SUV satışları #Tesla istehsal dayanması #Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD)
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    22 İyul 2026 22:00

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    22 İyul 2026 21:52

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    22 İyul 2026 21:49

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    22 İyul 2026 21:11

    ABŞ raket istehsalı obyektlərimizi müəyyən edə bilmir - İran ordusu

    22 İyul 2026 20:16

    İyunun 27-dən bəri 53 mülki şəxs həlak olub - İran Səhiyyə Nazirliyi

    22 İyul 2026 20:12

    İran ABŞ-yə cavab olaraq kritik infrastrukturu hədəfə alacağını bildirib

    22 İyul 2026 20:08

    İrana qarşı əməliyyatlara ABŞ ictimaiyyətinin münasibəti necədir?

    22 İyul 2026 19:55

    ABŞ İranla danışıqların çətin olduğunu açıqlayıb

    22 İyul 2026 19:37

    İran bunun əvəzini ağır ödəyəcək - Tramp

    22 İyul 2026 19:33

    İsrail və Livan arasında növbəti danışıqlar avqustun 4-də İtaliyada keçiriləcək

    22 İyul 2026 19:26

    İran çətin seçim qarşısındadır

    22 İyul 2026 19:23
    XƏBƏR LENTİ

    ABŞ və Səudiyyə nüvə sazişi imzaladı

    Husilər Səudiyyəyə məxsus iki neft tankerini vurub

    Amerika elminin süqutu: Alimlər niyə Amerikadan Çinə qaçır?

    Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.