Məlumata görə, mart ayında qeydiyyata alınan nəqliyyat vasitələrinin 50,2 faizini avtomobillər, 34,8 faizini motosikletlər, 10,1 faizini furqonlar, 1,7 faizini yük maşınları, 1,6 faizini traktorlər, 1 faizini mikroavtobuslar, 0,5 faizini avtobuslar və 0,1 faizini xüsusi təyinatlı nəqliyyat vasitələri təşkil edib.
#Togg satışları
Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, 2025-ci ildə ölkədə yol hərəkətində qeydiyyatda olan elektrikli avtomobillərin sayı 370 mini ötüb. Elektrikli avtomobillərin ümumi avtomobillər içindəki payı 2,1 faizə yüksəlib, hibrid avtomobillərdə isə əhəmiyyətli artım qeydə alınıb. Türkiyədə yol hərəkətində qeydiyyatda olan elektrikli avtomobillərin sayı 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən 102 faiz artaraq 370 min 591-ə çatıb. Ölkədə ötən il trafiqdə qeydiyyatda olan avtomobillərin ümumi sayı isə 17 milyon 373 min 581 olub.
Türkiyədə ilin yanvar-noyabr aylarında elektrikli avtomobil bazarının lideri yerli marka Togg oldu. Togg, T10X və T10F modelləri ilə toplam 31 min 715 satış həyata keçirərək bazarın təxminən iyirmi faizlik payını ələ keçirdi. Bu dövrdə ikinci yerdə Tesla 29 min 955, üçüncü yerdə isə BYD 17min 639 satışla yer aldı. Bu üç marka elektrikli avtomobil bazarının ümumilikdə qırx yeddi tam beş faizini təşkil etdi. Kasım ayında da Togg 4 min 235 satışla aylıq liderliyini qoruyub, Tesla 2 min 535, BYD isə min 833 satışla ikinci və üçüncü sırada olub.
Ticarət naziri Ömər Bolat açıqlamasında qeyd edib ki, Togg-un Avropa bazarına çıxışı Türkiyə avtomobil sənayesinin beynəlxalq mövqeyini gücləndirəcək və ixrac imkanlarını genişləndirəcək. Nazir həmçinin bu uğurun Türkiyə texnologiya və istehsal sektorunun inkişafı üçün əhəmiyyətli addım olduğunu vurğulayıb.
Türkiyənin qlobal mobilite texnologiya markası Togg, ikinci ağıllı avtomobili T10F modelini daxili bazarda satışa çıxarıb. Şirkətin elanına görə, sifarişlər artıq qəbul olunur və avtomobil bir neçə fərqli texniki versiya ilə təqdim edilir. T10F sürətli şarj texnologiyası ilə təchiz edilib. Bu xüsusiyyət sayəsində avtomobilin batareyası cəmi 28 dəqiqə ərzində 20%-dən 80%-ə qədər doldurula bilir. Bu göstərici istifadəçilərə həm şəhərdaxili, həm də uzun məsafəli səyahətlərdə rahatlıq təmin edir.
Türkiyənin yerli avtomobil markası TOGG, Münhendə keçiriləcək IAA Mobility Beynəlxalq Sərgisində T10X və T10F modellərini tanıdacaq. Şirkətdən bildirilib ki, TOGG-un 29 sentyabrda Almaniyada ixracına başlanılacaq. TOGG ixracata başlamazdan öncə EuroNCAP təhlükəsizlik testlərindən 5 ulduz qazanıb. Karakaş qeyd edib ki, şirkət artıq T8X modeli üzərində işə başlayıb və onu normal vaxtdan daha tez bazara çıxarmağı planlaşdırır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Togg-un yeni satışa çıxan modeli T10F hədiyyə edildi.. Ərdoğan yeni TF10-u sınaq sürüşü üçün götürüb. Ərdoğan, dövlət nömrə nişanına Prezidentlik nişanı taxılmış göy rəngli yeni Togg modeli ilə sınaq yürüşü edərkən avtomobil haqqında məlumat aldı. Togg İdarə Heyətinin üzvləri avtomobili Ərdoğana Dolmabaxçadakı İş Ofisində təqdim etdilər.
Türkiyənin elektrikli avtomobil markası olan Togg, Avropanın avtomobil təhlükəsizliyi sahəsində ən nüfuzlu qurumlarından biri olan Euro NCAP tərəfindən keçirilən testlərdə yüksək nəticə göstərərək 5 ulduzla qiymətləndirilib. Belçikanın Leuven şəhərində yerləşən Euro NCAP tərəfindən aparılan testlərdə Togg-un T10F sedan və T10X SUV modelləri təhlükəsizlik göstəriciləri baxımından "mükəmməl" hesab olunub.
Türkiyənin yerli avtomobil markası Togg, yeni modeli T10F-i 15 sentyabrda Türkiyədə, 29 sentyabrda isə Almaniyada ön sifarişə təqdim edəcək. IAA Mobility 2025 sərgisində (Münhen) təqdim olunan T10F və T10X modelləri ilə Togg, Avropa bazarına rəsmi girişini edib. Şirkət həmçinin hər iki modelin Euro NCAP təhlükəsizlik testlərindən ən yüksək bal olan 5 ulduz aldığını açıqlayıb.
2025-ci ilin yanvar-avqust aylarında Türkiyədə 654 min 413 yeni minik avtomobili satılıb. Avtomobil bazarında ən çox satılan marka Renault, ən çox satılan model isə Renault Clio olub. Avtomotiv Distribütorları və Mobillik Dərnəyi (ODMD) tərəfindən yayımlanan statistikaya görə, bu ilin ilk 8 ayında avtomobil və yüngül ticari nəqliyyat vasitələrinin satışları ötən ilin eyni dövrü ilə müqayisədə 7,24% artaraq 817 min 345 ədəd təşkil edib.
Türkiyədə elektrikli avtomobil bazarı son illərdə rekord sürətlə böyüyür. Enerji və avtomobil sənayesindən verilən rəsmi məlumatlara görə, ölkədə ən çox satılan elektrikli avtomobil markası TOGG olub. Yerli istehsalçı olması ilə diqqət çəkən TOGG, həm milli texnologiya, həm də “yaşıl enerji” siyasətinin simvoluna çevrilib. İki il öncə Türkiyədə cəmi 15 min elektrikli avtomobil mövcud idisə, bu gün bu rəqəm 300 minə çatıb. Ekspertlərə görə, bu dinamika həm dövlətin tətbiq etdiyi stimullaşdırıcı siyasətlə, həm də ictimaiyyətin ekoloji təmiz və qənaətcil nəqliyyata artan marağı ilə bağlıdır.
Renault Clio ilin ilk 7 ayında ən çox satılan avtomobil olaraq siyahının başında qalmağa davam edir. Togg T10X isə elektrikli bazardakı liderliyinə əlavə olaraq ümumi satışlarda da zirvəyə doğru irəliləyir. Avtomobil Distribyutorları və Mobillik Dərnəyi (ODMD) məlumatlarına əsasən, bu ilin yanvar-iyul dövründə avtomobil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 6,68 faiz artaraq 572 min 198 ədədə çatıb. Yüngül ticari nəqliyyat vasitələrinin satışları isə 5,77 faiz artaraq 143 min 497 olub.