Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Ankara Yunanıstanın Egeydəki yeni təşəbbüslərinə qarşı çıxıb

    21 İyul 2025 15:11
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Ankara Yunanıstanın Egeydəki yeni təşəbbüslərinə qarşı çıxıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə XİN Yunanıstanın dəniz parkı qərarına etiraz edib.

    AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Egey və İon dənizlərində iki yeni dəniz parkı elan etməsinə yazılı açıqlama ilə reaksiya verib.

    Nazirlik bu addımı birtərəfli və hüquqi nəticəsi olmayan bir təşəbbüs kimi qiymətləndirib.

    Nazirlik xatırladıb ki, Yunanıstan ötən il bu təşəbbüsü gündəmə gətirdikdən sonra, 9 aprel 2024-cü ildə verilmiş açıqlamada da bildirildiyi kimi, Egey dənizindəki mübahisəli coğrafi bölgələrdə dəniz parklarının elan edilməsi beynəlxalq hüquq baxımından keçərli sayılmır. Türkiyə bu mövqeyini bu gün də qoruyur.

    “Egey və Aralıq dənizi kimi qapalı və ya yarı qapalı dənizlərdə birtərəfli addımlardan çəkinmək vacibdir. Beynəlxalq dəniz hüququ belə regionlarda sahilyanı ölkələr arasında, o cümlədən ekoloji məsələlər üzrə əməkdaşlığı təşviq edir. Türkiyə Egey dənizində bir sahilyanı dövlət olaraq Yunanıstanla əməkdaşlıq etməyə hər zaman hazırdır.” - deyə bəyanatda qeyd olunub.

    Nazirlik həmçinin bildirib ki, ətraf mühitin qorunması kimi universal dəyərlərdən birtərəfli şəkildə istifadə edilməsi, suverenliyi Yunanıstana verilməyən adalar və qayalarla bağlı mübahisəli məsələlərin hüquqi vəziyyətinə təsir göstərməyəcək.

    Açıqlamada o da vurğulanıb ki, Türkiyə yaxın günlərdə öz dəniz bölgələrində ətraf mühitin mühafizəsinə dair layihələrini təqdim edəcək. Rəsmi Ankara, 7 dekabr 2023-cü il tarixli Afina Bəyannaməsində əksini tapan dostluq və mehriban qonşuluq ruhuna uyğun olaraq, problemlərin beynəlxalq hüquq və bərabərlik prinsipləri əsasında səmimi və hərtərəfli yanaşma ilə həllinə sadiqdir.

    #Türkiyə #Türkiyə Xarici İşlər Nazirliyi #Yunanıstan #Egey dənizi #Türkiyə Yunanıstan münasibətləri #Türkiyə-Yunanıstan münasibətləri
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hörmüz boğazında Yunanıstana məxsus iki neft tankeri hücuma məruz qalıb

    20 İyul 2026 20:40

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edib

    14 İyul 2026 17:39
    XƏBƏR LENTİ

    Yaponiyada gizli sosial problem - Hikikomori fenomeni nədir?

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.