Kipr Respublikasının rəhbəri Nikos Hristodulidis Yunanıstan parlamentində çıxışı zamanı Türkiyəyə qarşı sərt ittihamlar səsləndirib və Avropa qurumlarını hərəkətə keçməyə çağırıb.
#Türkiyə-Yunanıstan münasibətləri
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Balıqçılıq Müfəttişliyi İdarəsinin rəsmi internet saytında dərc olunan məhdudiyyətlər və xəritələrlə bağlı yazılı bəyanat yayıb. Bəyanatda Yunanıstanın Ege və Şərqi Aralıq dənizində səlahiyyəti olmayan bəzi ərazilərdə balıqçılığa qadağa zonaları təsis etdiyi və beynəlxalq hüquqa zidd müxtəlif xəritələr yayımladığı bildirilib.
Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 11 fevral 2026-cı il tarixində Türkiyəyə rəsmi səfər edəcək. Səfər Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutacaq. Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duranın verdiyi məlumata görə, Ankara şəhərində keçiriləcək iclasda hər iki ölkənin müvafiq nazirləri də iştirak edəcək. Liderlərin rəhbərliyi ilə keçiriləcək görüşlərdə Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək.
İsrailin müdafiə naziri İsrail Katz Afinada yunan həmkarı Nikos Dendias ilə bir araya gələrək iki ölkə arasında 3,5 milyard avroluq yeni silah sazişini müzakirə edib. Yunanıstan Müdafiə Nazirliyində baş tutan görüşdə tərəflər hərbi əməkdaşlığın strateji səviyyəyə qaldırılması barədə razılığa gəliblər. Müzakirələrin əsas mövzusu Yunanıstanın Türkiyə ilə quru sərhədində (Meriç), həmçinin Ege və Şərqi Aralıq dənizində "Aşil qalxanı" adı altında 5 fərqli növ silah sisteminin yerləşdirilməsi layihəsi olub. Bu çərçivədə İsrail istehsalı olan "Barak MX", "Davudun sapandçı" və "Spyder" tipli raket sistemlərinin, eləcə də müasir radar avadanlıqlarının alınması prosesinin sürətləndirilməsi qərara alınıb.
Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli Yunanıstanın Avropa Birliyi (AB) Dəniz Məkan Planlama (DMP) Platforması vasitəsilə Türkiyənin dəniz səlahiyyət zonalarını pozan bir xəritəni qəbul etdirməyə çalışmasına sərt etiraz edib. Sözçü sosial media hesabında açıqlama verərək Türkiyənin Birləşmiş Millətlər Təşkilatının (BMT) tövsiyələrinə uyğun aparılan Dəniz Məkan Planlama işlərini yaxından izlədiyini xatırladıb. O qeyd edib ki, Türkiyə öz milli DMP-sini 16 aprel 2025-ci ildə elan edib və 12 iyun 2025-ci ildə UNESCO Hökumətlərarası Oşinografi Komissiyasına təqdim edib.
Afina Aralıq dənizi proseslərindən kənarda qalır, Türkiyə isə gücündən səmərəli istifadə edir. Bu sözləri Yunanıstanın keçmiş xarici işlər naziri Dimitris Avramopulos İstanbulda keçirilən Türkiyə–İtaliya–Liviya Əməkdaşlıq Sammitini şərh edərkən deyib. O Afina hökumətinin Aralıq dənizi ilə bağlı diplomatik proseslərdən kənarda qalmasını tənqid edib.
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Egey və İon dənizlərində iki yeni dəniz parkı elan etməsinə yazılı açıqlama ilə reaksiya verib.
"Zəlzələ diplomatiyası təbii fəlakətlər zamanı rəqib ölkələr arasında müvəqqəti əməkdaşlıq yaratsa da, onun uzunmüddətli təsiri siyasi münasibətlərin əsas problemlərinin həllindən asılıdır."