Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyənin Suriyadakı druzları hədəf aldığına dair iddialar təkzib edilib

    19 İyul 2025 19:09
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin Suriyadakı druzları hədəf aldığına dair iddialar təkzib edilib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyənin Suriyadakı druz icmasını hədəf aldığı iddialar həqiqəti əks etdirmir.

    AzerVoice xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin (DMM) verdiyi açıqlamada bildirilib.

    Açıqlamada bəzi media orqanlarında yer alan "Türkiyənin Suriyada yaşayan Druz icmasını hədəf aldığı" ilə bağlı təxribat xarakterli məlumatların məqsədli şəkildə yayılmağa çalışıldığı vurğulanıb.

    Qeyd olunub ki, bu cür iddialar Türkiyənin insani dəyərlərə əsaslanan xarici siyasətini təhrif etməyə yönəlmiş açıq bir dezinformasiya kampaniyasıdır:

    “Türkiyə insan haqlarına hörmət və beynəlxalq hüquqa bağlılıq prinsipləri əsasında bölgədə sülh və sabitliyi ön planda tutan qətiyyətli və prinsipial mövqe sərgiləyir. Türkiyə hər zaman Suriyanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Türkiyənin bu yanaşmasında etnik, dini və ya məzhəbi ayrı-seçkiliyə yer yoxdur; əsas prinsip insan ləyaqətinin və əsas hüquqların qorunmasıdır.

    Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Suriya siyasəti ilə bağlı çıxışlarında etnik və ya məzhəbi kimliklər əsasında ayrı-seçkiliyi qətiyyətlə və açıq şəkildə rədd etdiyini dəfələrlə bəyan etmişdir. Bu mövqe təkcə sözlə ifadə olunmayıb, eyni zamanda humanitar yardım fəaliyyətlərinə və diplomatik təşəbbüslərə də istiqamət vermişdir” - deyə, açıqlamada bildirilib.

    Həmçinin vurğulanıb ki, Suriya böhranının başlanğıcından bəri zorla öz yurdundan didərgin düşmüş suriyalılara heç bir ayrı-seçkilik edilmədən yardım göstərilib və bütün icmaları əhatə edən humanitar yardım proqramları həyata keçirilib.

    Bununla yanaşı bildirilib ki, Türkiyə sülh və sabitliyin təmin olunması istiqamətində üzərinə düşən məsuliyyəti yerinə yetirir.

    “Heç bir suriyalı icma kənarda saxlanılmamış, məzhəb və ya etnik kimliyindən asılı olmayaraq hər kəsə eyni münasibət göstərilmişdir. Digər tərəfdən, Türkiyəyə qarşı bu əsassız ittihamları səsləndirən bəzi dairələrin bölgədəki həssas demoqrafik quruluş və dini qruplar arasında qarşıdurma yaratmağa çalışdığı, bu məqsədlə geosiyasi maraqlara əsaslanan qarayaxma kampaniyası apardıqları açıq şəkildə müşahidə olunmaqdadır. Türkiyə bölgədə sülh, sabitlik və ictimai birliyin təmin olunması istiqamətində üzərinə düşən məsuliyyəti qətiyyətlə yerinə yetirməyə davam edir. Suriya dövlətinin siyasi birliyi, suverenliyi və ərazi bütövlüyünü təhdid edən parçalanma cəhdlərinə və məzhəb əsaslı qarşıdurma ssenarilərinə qarşı qəti mövqe sərgilənir və bu cür təşəbbüslərə əsla imkan verilmir” - deyə, bəyanatda qeyd olunub.

    Xatırladaq ki, 13 iyul tarixində Suriyanın Suveyda vilayətində ərəb qəbilələrinin döyüşçüləri ilə druz dəstələri arasında qarşıdurmalar baş verib. İyulun 15-də Suriya ordusu vilayətin inzibati mərkəzinə daxil olaraq, bölgədə sabitliyi təmin etmək üçün əməliyyatlara başlayıb. Ardınca İsrail, druz əhalisini qorumaq məqsədi ilə Suriyanın hərbi kolonlarını hədəfə almağa başladığını bəyan edərək hava hücumları həyata keçirməyə başlayıb.

    16 iyul tarixində İsrail Hərbi Hava Qüvvələri Dəməşq və onun ətrafındakı bir sıra strateji obyektlərə, o cümlədən Suriya ordusunun Baş Qərargah kompleksinə, Əbu-Rummana rayonundakı Prezident Sarayına və paytaxtın qərbində yerləşən Mezze hərbi hava bazasına hava zərbələri endirib. Bu zərbələr nəticəsində Suriya təhlükəsizlik qüvvələrinin beş əməkdaşı həlak olub.

    Məlumat üçün bildirək ki, druzlar – Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilli və dini baxımdan özünəməxsus etnokonfessional qrupdur. Suriyada təxminən 700 min druz yaşayır ki, bu da kürdlər və ələvilərdən sonra ölkədəki üçüncü ən böyük dini-etnik azlıqdır.

    #Türkiyə #Suriya #dezinformasiya #Druz #Suriyalı druzlar və İsrailin mövqeyi #Druz icması #druzlar #Dürzi Dövləti #Dürzilər #Suriyada Dürzilər #Dürzi Separatçılığı #Dürzi Muxtariyyəti #İsrail və Dürzilər #Dürzilərin Silahlı Mübarizəsi #Suriyada Mərkəzi Hakimiyyət və Dürzilər #Dürzilərin Siyasi İddiaları #Tarixdə Dürzi Hərəkatları #Dürzi İsraillə Münasibətləri #Suriyada Dürzi azlığı #Suriya hökumətində druz və əlavi təmsilçiləri varmı? #İsrailin Suriya daxilində druz və kürdlərlə əlaqələri #dezinformasiya ilə mübarizə Türkiyə #Dezinformasiya ilə Mübarizə Mərkəzi #Druzların qorunması bəhanəsi #Suriya ordusu və druz icması #İsrail druz siyasəti #Druzların İsrailə münasibəti #Suriyada druz liderləri #Suriyada druz təriqəti #Qənavat druz icması #Süveyda druzlar #Suriya druzlarının siyasi mövqeyi #İsrail və druz siyasəti #Suriyada druzların bölünməsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    21 İyul 2026 20:24

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    20 İyul 2026 18:12

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    ABŞ-nin İranın təzyiq imkanlarını məhdudlaşdırmasında Suriyanın rolu nədən ibarətdir?

    20 İyul 2026 09:00

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    CENTCOM İranın ABŞ hərbçiləri ilə bağlı iddiasını rədd edib

    17 İyul 2026 20:44

    Suriya İranın əl-Tənf bazasına zərbə endirməsi barədə xəbərləri təkzib edib

    17 İyul 2026 18:16

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Hizbullah sərhəddə silahların ələ keçirilməsi ilə bağlı xəbərləri təkzib edib

    16 İyul 2026 20:27

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55
    XƏBƏR LENTİ

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.