Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Manisada meşə yanğını davam edir

    1 İyul 2025 10:48
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Manisada meşə yanğını davam edir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Manisada meşə yanğını 4-cü gündür davam edir.

    AzerVoice xəbər verir ki, Türkiyənin Manisa vilayətinin Akhisar rayonunda 28 iyun şənbə günü başlayan meşə yanğını artıq 4-cü gündür ki, nəzarət altına alına bilmir.

    Karaköy məhəlləsi yaxınlığında başlayan yanğın, şiddətli küləyin təsiri ilə geniş ərazilərə yayılıb.

    Yanğının qarşısını almaq üçün bölgəyə səhər saatlarından etibarən 28 təyyarə cəlb olunub. Gecə saatlarında isə 2 gecəgörmə vertolyotu, 630 canlı qüvvə, 23 su tenderi, 19 yanğınsöndürmə maşını, 36 su tankeri, 26 tikinti texnikası və 3 TOMA ilə intensiv müdaxilə həyata keçirilib.

    Akhisar, Əhmədli və Kula rayonlarında meşə örtüyünə ciddi ziyan dəyib. Yanğının tam söndürülməsi üçün Orman Baş İdarəsi və Fövqəladə Hallar Agentliyi tərəfindən koordinasiyalı şəkildə tədbirlər görülür.

    Qeyd edək ki, yay aylarında artan temperatur və güclü küləklər, Türkiyənin bir çox bölgəsində meşə yanğınlarının yayılmasına şərait yaradır. Rəsmi qurumlar və könüllülər bölgədə alovla mübarizəni fasiləsiz davam etdirir.

    #Türkiyə #yanğın #Manisa #meşə yanğınları #yanğınsöndürən #yanğın xəbərdarlığı #Fövqəladə vəziyyət #hava şəraiti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    İranın hücumları Küveytdə yanğınlara səbəb olub, yaralananlar var

    18 İyul 2026 20:39

    Norveçdə güclü yanğın 50-dən çox evi külə döndərib

    17 İyul 2026 22:11

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.