Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    TPAO Xəzərdə yeni qaz yatağına ortaq olub

    3 İyun 2025 14:25
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    TPAO Xəzərdə yeni qaz yatağına ortaq olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    TPAO Xəzərdə təbii qaz tərəfdaşlığına qoşulub.

    AzerVoice xəbər verir ki, Türkiyə Neft Şirkəti (TPAO) Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən Şafak-Asiman təbii qaz yatağında 30 faiz payla yeni tərəfdaş olub.

    Bu məqsədlə Bakıda TPAO, SOCAR və BP arasında tərəfdaşlıq sazişi imzalanıb. Mərasimdə TPAO-nun baş direktoru Əhməd Türkoğlu, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons və SOCAR-ın prezidenti Rövşən Necef iştirak ediblər.

    Sazişə əsasən, SOCAR və BP öz paylarının hər birindən 15 faiz olmaqla ümumilikdə 30 faizi TPAO-ya verib. Beləliklə, TPAO yataqda 30 faiz payla tərəfdaş olub.

    SOCAR prezidenti Rövşən Necef bu əməkdaşlığın Azərbaycanın dəniz enerji ehtiyatlarının inkişafında regional tərəfdaşlığın əhəmiyyətini göstərdiyini qeyd edib. BP rəsmisi Qari Cons isə bildirib ki, bu tərəfdaşlıq Şafak-Asiman yatağında kəşfiyyat və qiymətləndirmə işlərini sürətləndirəcək.

    TPAO rəhbəri Əhməd Türkoğlu isə bu addımın enerji təhlükəsizliyi və dayanıqlı gələcək üçün mühüm olduğunu vurğulayıb. O qeyd edib ki, tərəfdaşlıq həm məşğulluq, həm də Cənub Qaz Dəhlizi üçün strateji əhəmiyyət daşıyır.

    Qeyd edək ki, Şafak-Asiman yatağı Bakıdan təxminən 125 kilometr cənub-şərqdə, 650–800 metr dərinlikdə yerləşir.

    #Türkiyə #Azərbaycan #TPAO #Gürcüstan #SOCAR #neft-qaz #bp Azerbaijan #Azərbaycan nefti #neft hasilatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    16 Azərbaycan vətəndaşı Suriyadan repatriasiya edilib

    20 İyul 2026 18:12

    Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

    20 İyul 2026 18:04

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Azərbaycan müsəlman dünyasında əməli və bərabərhüquqlu həmrəyliyin tərəfdarıdır - Rufiz Hafizoğlu

    20 İyul 2026 12:45

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda səfərdə olub

    18 İyul 2026 20:43

    Gəmi kapitanının cənazəsi ölkəmizə yola salınıb - XİN

    18 İyul 2026 19:41

    Nyu-Yorkda Azərbaycan–Polşa şəhərsalma dialoqu: yeni əməkdaşlıq imkanları müzakirə olunub

    18 İyul 2026 10:42

    Azərbaycan Maliyyə-İqtisad Kollecində əlavə təhsil üzrə qeydiyyat davam edir

    18 İyul 2026 09:11

    Mikayıl Cabbarov Özbəkistan Prezidenti ilə görüşüb

    17 İyul 2026 20:47
    XƏBƏR LENTİ

    Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib

    Çin necə müharibə aparır? Qədim strateji düşüncədən müasir hərbi doktrinaya gedən yol

    “Əsrin məhkəməsi” son gününə çatdı - təkamül mübahisəsi tarixdə iz qoydu

    Tarixdə bu gün - 21 İyul

    Fransa parlament komitəsi 15 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını təsdiqləyib

    İordaniya İrandan buraxılan üç raketi zərərsizləşdirib

    Prezident İlham Əliyev Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşüb

    ABŞ məhkəməsi 110 milyard dollarlıq media sövdələşməsini dayandırdı

    Əfqanıstanda sel fəlakəti nəticəsində azı 20 nəfər ölüb, 100 nəfər itkin düşüb

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.