Bakı, AzerVoice
Livanı tərk etmək üçün müraciət edən Türkiyə vətəndaşları oktyabrın 9-da dəniz yolu ilə təxliyyə ediləcək.
AzerVoice xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Livanda vətəndaşların təxliyəsi ilə bağlı açıqlama verib.
Nazirlik təxliyyə prosesi ilə bağlı təfərrüatların indiyədək Konsulluğun Zəng Mərkəzinə müraciət edən vətəndaşlarla paylaşılacağını bildirib və zəruri hallarda təxliyyə prosesinin növbəti günlərdə də davam etdiriləcəyini vurğulayıb.
Nazirlik vətəndaşların ölkəyə gəldikdən sonra ehtiyaclarının ödənməsi üçün hazırlıqların tamamlandığını bildirib.
Həmçinin açıqlamada təxliyə üçün ayrılan gəmilərin Livana humanitar yardım daşıyacağı deyilib.
Türkiyə Dəniz Qüvvələrinə aid ümumi tutumu 2 min sərnişin olan iki gəminin bu gün Beyruta doğru yola çıxması gözlənilir.