Bakı, AzerVoice
Türkiyədə silah qaçaqmalçılarına və qanunsuz silah gəzdirənlərə qarşı 5 gün davam edən “Mercek-23” əməliyyatı həyata keçirilib.
AzərVoice xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya bu haqda X hesabında paylaşım edib.
Paylaşımda 81 əyalətdə həyata keçirilən əməliyyatda,1289 ədəd sənədsiz tapança, 561 ədəd sənədsiz ov tüfəngi olmaqla, ümumilikdə 2269 ədəd silahın nəzarətə götürüldüyü bildirilib.
Əməliyyatlar zamanı 2 min 439 şübhəli haqqında tədbir görülüb.
“Cinayətkar qruplaşmalara qarşı mübarizəmiz fasiləsiz davam edəcək”-deyə Yerlikaya paylaşımda bildirib.