Bakı.AzerVoice
Türkiyədə həyata keçirilən Narkoçelik-32 əməliyyatında 520 nəfər saxlanılıb, 3 ton 746 kiloqram narkotik maddə və 861 min narkotik həb ələ keçirilib.
AzerVoice xəbər verir ki, Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya narkotik istehsal edən və satan şəxslərə qarşı Narkoçelik-32 əməliyyatının aparıldığını bildirib.
59 şəhərdə həyata keçirilən əməliyyatda 1300 komanda, 3250 şəxsi heyət iştirak edib. Həmçinin 18 təyyarə və 46 axtarış-xilasetmə itindən istifadə edilib.
Öncədən müəyyən edilən ünvanlarda aparılan axtarışlar zamanı ümumilikdə 3 ton 746 kiloqram narkotik maddə və 861 min narkotik həb ələ keçirilib.
Keçirilən əməliyyatda 520 şüphəli saxlanılıb.
İstanbulda tutulan şübhəlilərdən 43-ü isə həbs edilib.