Bakı, AzerVoice
Türkiyədə terrorçulara qarşı “Gürz-6” əməliyyatı keçirilib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Ali Yerlikaya Hakkaridə həyata keçirilən “Gürz-6” əməliyyatını anbaan izləyib. Əməliyyat zamanı 1-i boz, 1-i narıncı olmaqla 3 terrorçu zərərsizləşdirilib.
“Əməliyyat nəticəsində 1-i ölü, 2-si sağ olmaqla 3 terrorçu zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin terrorçu axtarışda olanlar siyahısında narıncı kateqoriyada olduğu təsbit edilən Armanç Devrim kod adlı Hacer Tekin ölü olaraq zərərsizləşdirilib.” – deyə o qeyd edib.
Hafiz Rufizoğlu