Bakı.Azervoice
Narkotik maddələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı keçirilən "Narkoçelik-31" əməliyyatı nəticəsində 91 nəfər həbs edilib.
Azervoice xəbər verir ki, bu haqda Türkiyə Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabından məlumat verib.
Məlumata görə 253 qrup 996 personal ilə Diyarbakır, Edirne, Elazığ, Manisa, Aksaray və Adana başda olmaqla 26 şəhərdə əməliyyat axtarış tədbirləri həyata keçirildiyini bildirilib.
Axtarış zamanı 1 ton 47 kq narkotik vasitə, 8 milyon 249 min hind çətənə və skunk kökü, 21min narkotik həb aşkar edilərək nəzarətə götürülüb.
Açıqlamanın davamında Yerlikaya "əziz millətimizin bilməsini istəyirəm ki, ölkəmizi zəhər tacirlərindən və onların satıcılarından təmizləməyə qərarlıyıq. Əməliyyat tədbirlərində iştirak edən polis əməkdaşlarımızı təbrik edirəm", - deyə bildirib.