Bakı, AzerVoice
Türkiyənin 81 vilayətində 15 gündür ki axtarışda olan şəxslərə qarşı keçirilən “Çember-20” əməliyyatlarında dörd min 517 qaçaq tutulub.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında açıqlama verib.
Nazir Türkiyənin 81 vilayətində keçirilən "Çember-20" əməliyyatları zamanı 15 gündür ki axtarışda olan dörd min 517 şəxsin saxlanıldığını bildirib
Belə ki, 5 ilə qədər axtarışda olan dörd min 489 nəfər; 5-10 il ərzində axtarışda olan 19 nəfər; 10 il və daha uzun müddətdir axtarışda olan doqquz nəfər saxlanılıb.
Saxlanılanlardan 698-i oğurluğa görə, 454-ü dələduzluq səbəbindən, 180-i talançılıqdan , 124-ü adam öldürmə, 131-ü cinsi cinayətlərə görə, 31-i narkotik cinayətlərinə görə, 39-u terrorizmə görə, KOM (Mütəşəkkil Qaçaqmalçılıq) və digər cinayətlərə görə tutulan 458 nəfər də olmaqla, ümumilikdə 4517 nəfər məsuliyyətə cəlb edilib.