Bakı, AzerVoice
Beynəlxalq Respublikaçılar İnstitutunun təşkil etdiyi “Qərbi Balkanlar Regional Araşdırması”nda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ən çox sevilən lider olub.
AzerVoice xəbər verir ki, Beynəlxalq Respublikaçılar İnstitutunun həyata keçirdiyi araşdırma Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya və Kosovoda baş tutub.
İştirakçılara “Dünya və regional liderlərdən hansı haqqında müsbət fikirdəsiniz?” sualı verilib və nəticədə Ərdoğan ən çox sevilən lider seçilib.
Sorğuda 7 mindən çox insan iştirak edib.