Bakı, AzerVoice
Polşanın Baş naziri Donald Tusk, gələn həftə Türkiyəyə səfər edəcək.
AzerVoice xəbər verir ki, Tusk bu bəyanatı Seymdə çıxış edərkən səsləndirib.
Səfər çərçivəsində Türkiyənin Avropanın təhlükəsizliyində iştirakının müzakirə edilməsi gözlənilir.
Tusk, hökumətin təhlükəsizliyini artırmaq üçün qeyri-ənənəvi yollar axtarmağa başladığını vurğulayıb və bu məsələnin Türkiyəyə səfəri zamanı müzakirə ediləcəyini qeyd edib.
"Bütün göstəricilər onu deməyə əsas verir ki, Türkiyə buna hazırdır", – deyə Tusk əlavə edib.