Bakı,
AzerVoice
Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul İl Polis İdarəsinin
birgə əməliyyatı nəticəsində PKK/KCK-nın Fransa qoluna bağlı Medeni
Altundere həbs edilib.
AzerVoice xəbər verir ki, MİT uzun müddət izlədiyi Altunderenin təşkilatın Fransa strukturunda təbliğat fəaliyyəti apardığını müəyyən edib.
Altundere Fransa və Almaniyada PKK/KCK-nın aksiyalarında, terror
hadisələrində və terrorçuların dəfn mərasimlərində iştirak
edib.
Terrorçunun İstanbulda olduğu müəyyən edildikdən sonra MİT və
İstanbul Polisi tərəfindən xüsusi əməliyyat keçirilib. Saxlanılan
Altundere ədliyyə orqanlarına göndərilərək həbs edilib.