Bakı,
AzerVoice
Çorumda polis tərəfindən DEAŞ (İŞİD) terror təşkilatına qarşı
əməliyyat keçirilib.
AzerVoice xəbər verir ki, terrorla
Mübarizə İdarəsi tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində
təşkilatla əlaqəli olduğu müəyyən edilən 5 xarici ölkə vətəndaşı
saxlanılıb.
Əməliyyat zamanı şübhəlilərin yaşadığı mənzildə axtarış aparılıb və bir sıra rəqəmsal materiallar və sənədlər ələ keçirilib
Məhkəmə qərarına əsasən, 4 nəfər həbs edilib , 1 nəfər isə şərti azadlığa buraxılıb və xaricə çıxışına qadağa qoyulub
Saxlanılan şəxslərin dindirilmələri tamamlandıqdan sonra onlar ağır təhlükəsizlik tədbirləri altında ədliyyəyə göndərilib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.