Bakı,
AzerVoice
İstanbulun Fateh rayonunun Sarayburnu bölgəsində yerləşən Atatürk
heykəlinə hücum edən şübhəli şəxs polis tərəfindən saxlanılıb.
AzerVoice xəbər verir ki , hadisə zamanı 1926-cı ildə Avstriyalı heykəltəraş Heinrich Krippel tərəfindən hazırlanmış tarixi abidəyə zərər verilməyə çalışılıb. Şübhəli əlindəki açarla heykəli zədələməyə cəhd edib və ona mane olmağa çalışan ətrafdakı şəxslərə hücum etməyə çalışıb.
Polis qrupları hadisə yerinə dərhal müdaxilə edərək, şübhəlini abidədən endirib və saxlayıb. Məlumata görə, saxlanılan şəxs suriyalıdır.
Hadisə ilə bağlı araşdırmalar davam edir. Abidəyə dəymiş zərərin miqdarı və bərpa tədbirləri ilə bağlı məlumatın yaxın günlərdə verilməsi gözlənilir.