Bakı, AzerVoice
Türkiyənin Milli Müdafiə Naziri Yaşar Güler, Böyük Britaniyanın
Müdafiə Təchizatları və Sənayesi üzrə Dövlət Naziri Maria Eagle ilə
Ankarada görüş keçirib.
AzerVoice xəbər verir ki, Milli
Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, Maria Eagle rəsmi
səfər çərçivəsində Türkiyəyə gəlib.
Görüşlər Milli Müdafiə Nazirliyinin binasında baş tutub.
Görüşdən yayımlanan fotolarda nazirlərin müzakirələr apardıqları və
ikitərəfli müdafiə əməkdaşlığı məsələlərini müzakirə etdikləri
görülüb.
Millî Savunma Bakanı Yaşar Güler, Ankara’ya ziyaret gerçekleştiren Birleşik Krallık Savunma Tedarik ve Sanayi Devlet Bakanı Maria Eagle ile bir araya geldi.#MillîSavunmaBakanlığı#YaşarGüler pic.twitter.com/TcK7X6CNkq
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) December 18, 2024