Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Suriyanın yenidən ayağa qalxması prioritetimizdir - Ərdoğan

    3 Noyabr 2025 12:53
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Suriyanın yenidən ayağa qalxması prioritetimizdir - Ərdoğan
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində keçirilən 41-ci İSEDAK Toplantısı Açılış Mərasimində Suriyanın bərpası ilə bağlı mühüm açıqlamalar verib.

    AzerVoice xəbər verir ki, Ərdoğan, qonşu ölkənin ən qısa zamanda əvvəlki günlərinə qayıtmasının Türkiyə üçün əsas prioritet olduğunu vurğulayıb.

    “Qonşumuz Suriyanın yenidən ayağa qalxması, ən qısa zamanda əvvəlki günlərinə qayıtması əsas prioritetimizdir. Bu istiqamətdə İSEDAK çərçivəsində Suriyaya xüsusi dəstək proqramını da başladırıq.” - deyə Ərdoğan qeyd edib.

    Prezident son toplantıdan bu yana Yaxın Şərq və dünya üzrə tarixi hadisələrə şahidlik etdiklərini deyib. O, Suriya xalqının 14 il boyunca ağır itkilər verdiyini, Baas rejimi və terror təşkilatlarının hücumlarında təxminən 1 milyon suriyalının həyatını itirdiyini, milyonlarla insanın isə Türkiyə də daxil olmaqla digər ölkələrə köç etmək məcburiyyətində qaldığını xatırladıb. Ərdoğan Türkiyənin suriyalı qaçqınlara qonaqpərvərlik göstərdiyini və qardaşlıq borcunu yerinə yetirməyə çalışdığını bildirib.

    Ərdoğan qeyd edib ki, 8 Dekabr inqilabı ilə Suriyada ədalətsizlik sona çatıb və Prezident Əhməd Əş-Şəraanın rəhbərliyi ilə ölkə yenidən toparlanma prosesinə başlayıb. “Burada bir daha azadlıqları üçün canlarını fəda edən suriyalı qardaşlarımızı rəhmətlə yad edirəm. Suriyanın uzun fasilədən sonra İSEDAK Nazirlər Toplantısında təmsil olunmasından böyük məmnunluq duyuram” deyə o əlavə edib.

    Prezident Türkiyənin nəqliyyatdan təhsilə, təhlükəsizlikdən ticarətə, səhiyyədən sosial xidmətlərə qədər suriyalıların yanında olacağını bildirib. O, ölkənin siyasi birliyi və torpaq bütövlüyünün qorunmasının, suriyalı qardaşların davamlı rifaha çatması üçün İSEDAK və İslam dünyasının dəstəyinin vacib olduğunu vurğulayıb. Ərdoğan, Suriyanın regional iqtisadiyyatlarla inteqrasiyasının həm ölkəyə, həm də bölgəyə konkret fayda verəcəyini deyərək, xüsusilə nəqliyyat layihələrinə fokuslanmağın həyati əhəmiyyət kəsb etdiyini əlavə edib.

    Ərdoğan Suriyada iqtisadi inkişafın qarşısındakı sanksiyaların Türkiyənin təşəbbüsləri ilə mərhələli şəkildə aradan qaldırıldığını qeyd edib. Prezident, özəl sektorun investisiyalarını Suriyaya yönəltməsini təşviq etdiklərini bildirərək, İSEDAK çərçivəsində başlayan xüsusi dəstək proqramı ilə təhsil, mütəxəbi̇r mübadiləsi, ehtiyac analizi və fizibilite işləri kimi sahələrdə layihə dəstəkləri təqdim olunacağını açıqlayıb.

    Ərdoğan proqramın tətbiqi mərhələsində üzv ölkələrin dəyərli töhfələr verəcəyinə ümid etdiyini bildirərək, Suriyanın yenidən ayağa qalxmasının Türkiyə üçün prioritet hədəf olduğunu bir daha vurğulayıb.

    #Rəcəb Tayyib Ərdoğan #Suriya #Suriya xəbərləri #Suriya Müdafiə Nazirliyi #Suriya əməliyyatları #Suriyada hərbi əməliyyatlar 2025 #Türkiyənin Suriya siyasəti #Suriya münaqişəsi və Türkiyənin rolu #Suriya hökuməti
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Suriyada keçmiş zabit öldürüldü

    31 Avqust 2026 09:39

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28

    ABŞ rəsmisi Suriyanı “tarixi nailiyyətlər” münasibətilə təbrik etdi

    29 Avqust 2026 14:41

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    İsrail Suriyanın cənubundakı əməliyyatlarını genişləndirir

    28 Avqust 2026 19:06

    Suriyada məhkəmə binası qarşısında partlayış - 2 nəfər ölüb

    28 Avqust 2026 14:37

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sazişi təsdiqlənib

    28 Avqust 2026 09:13

    İsrailin Suriyadakı mövcudluğu ölkənin suverenliyini pozur - BMT

    27 Avqust 2026 20:20

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Suriya qlobal ödəniş sisteminə qayıtdı – əş-Şaraadan simvolik addım

    27 Avqust 2026 14:04
    XƏBƏR LENTİ

    “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA

    İsrail hakimiyyəti Cənin bölgəsində yeni yaşayış məntəqəsi yaradıb

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.