Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Cəmiyyət / Texnologiya
    Texnologiya

    İstehlakdan istehsala keçid - Səudiyyə Ərəbistanı öz rəqəmsal məhsullarını yaradır

    19 Avqust 2026 10:07
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İstehlakdan istehsala keçid - Səudiyyə Ərəbistanı öz rəqəmsal məhsullarını yaradır
    Facebook Twitter LinkedIn Pinterest Email

    İllər boyu davam edən infrastruktur və tənzimləyici çərçivələrin qurulmasından sonra Səudiyyə Ərəbistanında əsas çağırış süni intellektin müəssisələrin əsas fəaliyyətinə birbaşa inteqrasiyasına yönəlib. Bu istiqamət "Microsoft Arabia"nın yeni rəhbəri Ayman əl-Qəmdinin fəaliyyət proqramında başlıca yer tutur.

    Yalançı İncil və saxta peyğəmbərlər - Dəccal alqoritmi - Lavender, Where’s Daddy? və The Gospel

    İyul ayında vəzifəyə başladıqdan sonra verdiyi ilk müsahibəsində Əl-Qəmdi növbəti mərhələ üçün üç əsas prioriteti müəyyənləşdirib: etibarlı bulud bazasının qurulması, süni intellektin sınaq mərhələsindən real istifadəyə keçirilməsi və yerli kadr potensialının genişləndirilməsi. Bu addımlar Krallığın Şərq vilayətində "Azure" bulud regionunun istifadəyə verilməsi, bacarıqların artırılması proqramlarının genişləndirilməsi və regional və qlobal səviyyədə inkişaf edə bilən yerli həllərin hazırlanması ilə paralel aparılır.

    Süni intellekt döyüş meydanında: ABŞ texnologiyası İsrail ordusunda Süni intellekt döyüş meydanında: ABŞ texnologiyası İsrail ordusunda

    Müəssisələrdaxili icra boşluğu

    Əl-Qəmdi bildirib ki, Səudiyyə Ərəbistanı məlumatlara və süni intellektə əsaslanan iqtisadiyyata keçid üçün tələb olunan təməl işlərin böyük hissəsini tamamlayıb. O, infrastruktur, məlumatların idarə olunması, məsuliyyətli süni intellekt və kadr hazırlığı sahəsində əldə olunan irəliləyişləri qeyd edib.

    Bu xüsusda Səudiyyə Məlumat və Süni İntellekt Qurumunun (SDAIA) tənzimləyici bazasını misal çəkən rəhbər sistemə məlumatlarla bağlı 32, süni intellektlə bağlı isə 13 tənzimləyici alətin daxil olduğunu vurğulayıb. Lakin o hesab edir ki, növbəti mərhələ daha çox müəssisələrin daxilində baş verən proseslərdən asılı olacaq.

    Səudiyyəli gənc qadınlar yay tətilini karyeraya çevirir: Diplomdan əvvəl başlayan təcrübə

    "Bir çox müəssisə süni intellektə hələ də əsas əməliyyatlara inteqrasiya olunacaq bir sistem kimi deyil, sadəcə sınaqdan keçirilən bir alət kimi baxır", - deyə Əl-Qəmdi bildirib. Onun fikrincə, bu boşluğu aradan qaldırmaq üçün süni intellekti birbaşa biznes göstəricilərinə, xidmətlərə və müştəri təcrübəsinə bağlamaq, eyni zamanda istifadəni ölçülə bilən nəticəyə çevirən düzgün məlumatlar, idarəetmə və kadr modelləri təmin etmək lazımdır.

    İlk ilin üç prioriteti

    Əl-Qəmdi birinci yerə Krallığın Şərq vilayətində "Azure" bulud regionunun müştərilərin xidmətinə verilməsi ilə formalaşan "etibarlı bulud bazası"nı qoyur. O, bu addımı təkcə hesablama gücünün artırılması ilə deyil, müəssisələrin həssas sistemlərini təhlükəsiz və məsuliyyətli şəkildə modernləşdirmək bacarığı ilə əlaqələndirir.

    Səudiyyə Ərəbistanı 2026 İKT indeksində dünyada birinci oldu Səudiyyə Ərəbistanı 2026 İKT indeksində dünyada birinci oldu

    İkinci prioritet süni intellekt layihələrini sınaq mərhələsindən praktiki dəyərə çatdırmaqdır. O qeyd edib ki, uğur meyarı şirkətlərin elan etdiyi tətbiq sahələrinin sayı deyil, məhsuldarlıqda, xidmətlərdə, əməliyyatlarda və müştəri təcrübəsində əldə edilən real irəliləyişdir. Bu baxımdan "Obeikan Group" tərəfindən hazırlanmış və ağıllı fabriklər üçün nəzərdə tutulmuş "O3ai" platformasını təcrübədən praktiki istifadəyə keçidin bariz nümunəsi kimi göstərib.

    Üçüncü prioritet isə 2030-cu ilə qədər Səudiyyə Ərəbistanında 3 milyon insana süni intellekt bacarıqlarının aşılanmasını hədəfləyən yerli kadr potensialının gücləndirilməsidir.

    Bulud regionu və bazar rəqabəti

    Yerli bulud infrastrukturunun istifadəyə verilməsi şirkətlərə və dövlət qurumlarına kritik iş yüklərini modernləşdirməyə və rəqəmsal dəyəri ölkə daxilində yaratmağa şərait yaradır. Bu, yerli həllərin artması, texniki potensialın dərinləşməsi və uzunmüddətli perspektivdə daxili və regional bazarlara xidmət edəcək əqli mülkiyyətin formalaşması deməkdir.

    "Claude Mythos"... Hakerlərdən əvvəl ekspertləri narahat edən süni intellekt "Claude Mythos"... Hakerlərdən əvvəl ekspertləri narahat edən süni intellekt

    Əl-Qəmdi yerli və qlobal bulud xidməti təminatçıları arasında seçimlərin genişlənməsini bazarın yetkinləşməsinin göstəricisi kimi qiymətləndirir:.

    "Üstünlük əlçatanlıqdan real təsirə doğru dəyişəcək. Əsas sual modelə kimin sahib olması deyil, müəssisələrə ondan təhlükəsiz və məsuliyyətli şəkildə istifadə edərək iş metodlarını dəyişməyə kimin kömək edə biləcəyidir" –deyə o bildirib.

    Texnologiya istehlakından istehsalına keçid

    Generativ süni intellektə sərmayələrin artmasına baxmayaraq, rəhbər xəbərdarlıq edir ki, texnologiyalar məlumat bazası, proseslər və idarəetmə qaydaları möhkəm olmayan sistemlərdə boşluqları doldura bilməz. Uğurlu nəticə əldə edən təşkilatlar süni intellektə ayrı bir texniki layihə kimi deyil, ümumi biznes transformasiyasının tərkib hissəsi kimi yanaşanlardır. Nümunə kimi "Maaden" şirkətinin komandalarının "Microsoft 365 Copilot", "Copilot Studio" və "Azure OpenAI Service" vasitəsilə ayda 2200 saatdan çox vaxta qənaət etdiyi vurğulanır.

    Əl-Qəmdi əlavə edib ki, əsas məqsəd qlobal platformalardan sadəcə istifadə etmək deyil, Krallıq daxilində hazırlanıb kənara ixrac oluna bilən həllər yaratmaq, yəni "texnologiyanı istehlak etməkdən onu istehsal etməyə keçməkdir".

    #Azure #Copilot Studio #SDAIA #Microsoft Arabia #Ayman əl-Qəmdi #O3ai #Obeikan Group #Maaden #Microsoft 365 Copilot #Azure OpenAI Service #Microsoft Arabia Ayman əl Qəmdi #Səudiyyə Ərəbistanı süni intellekt strategiyası #Azure Şərq vilayəti bulud regionu #SDAIA süni intellekt tənzimləmələri #Səudiyyə rəqəmsal transformasiya 2030 #Obeikan O3ai ağıllı fabriklər #Microsoft Arabia Ayman Al Ghamdi interview #Microsoft Arabia chief outlines bold priorities for enterprise AI deployment in Saudi Arabia
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kosmosda məlumat mərkəzləri quran “Starcloud”un dəyəri 2,3 milyard dollara çatıb

    21 Avqust 2026 20:03

    Səudiyyə Ərəbistanı "Ehsan" xeyriyyə platformasını müstəqil qeyri-kommersiya fonduna çevirib

    21 Avqust 2026 11:12

    İstehlakdan istehsala keçid - Səudiyyə Ərəbistanı öz rəqəmsal məhsullarını yaradır

    19 Avqust 2026 10:07

    Anthropic 2028-ci ildə 200 milyard dollara yaxın gəlir gözləyir

    15 Avqust 2026 19:57

    “Google” proqramlaşdırma üçün yeni “Gemini 3.7 Flash” süni intellekt modelini təqdim edib

    13 Avqust 2026 21:40

    “Philips” və “Shell” kiberhücumun hədəfinə çevrilib

    13 Avqust 2026 20:28

    Səudiyyədən Ərəbistanından rəqəmsal “Yeni Müsəlman” kartı

    23 İyul 2026 10:57

    İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub.

    29 İyun 2026 18:53

    Böyük Britaniyada rəqəmsal inqilab: NHS 505 min əməkdaşı üçün "Microsoft 365 Copilot" sistemini tətbiq edir

    9 İyun 2026 09:00

    Səudiyyə 2026: Süni intellekt və kosmosda yeni güc mərkəzi

    3 May 2026 09:41

    Dünya Bankı ilə energetika sahəsində əməkdaşlıq müzakirə edilib

    27 Yanvar 2026 10:30

    Yalançı İncil və saxta peyğəmbərlər - Dəccal alqoritmi - Lavender, Where’s Daddy? və The Gospel

    4 Sentyabr 2025 15:28
    XƏBƏR LENTİ

    HƏMAS da qəbul edilmir, Fələstin rəhbərliyi də: Bəs Qəzzanı kim idarə edəcək?

    Ronalda futboldan sonra nə işlə məşğul olacaq?

    Bu gün “Mona Liza”nın oğurlanması üzə çıxdı

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    Kəbənin yerləşdiyi müqəddəs Məkkənin tarixi, coğrafiyası və dini əhəmiyyəti

    Tarixdə bu gün – 22 Avqust

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    Lula Trampa xəbərdarlıq edib - Tariflər hər iki iqtisadiyyata zərər verəcək

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.