Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Energetika
    Energetika

    Dünya Bankı ilə energetika sahəsində əməkdaşlıq müzakirə edilib

    27 Yanvar 2026 10:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Dünya Bankı ilə energetika sahəsində əməkdaşlıq müzakirə edilib
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice

    Energetika naziri Pərviz Şahbazov Dünya Bankının Avropa və Mərkəzi Asiyada infrastruktur üzrə regional direktoru Çarlz Kormiyer, eləcə də Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysla görüşüb.

    AzerVoice xəbər verir ki, görüşdə Azərbaycanın enerji sektorunda həyata keçirilən mövcud layihələr, yeni əməkdaşlıq imkanları, o cümlədən bərpa olunan enerji, enerji səmərəliliyi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlanc sistemləri, damüstü günəş enerjisi və regional enerji layihələri ətrafında fikir mübadiləsi aparılıb. Dünya Bankı ilə birgə icra olunan AZURE layihəsinin gedişi müzakirə edilib, layihənin bərpa olunan enerji güclərinin elektrik şəbəkəsinə dayanıqlı inteqrasiyası baxımından əhəmiyyəti vurğulanıb. Məlumat mərkəzləri və süni intellektdən gələn tələbat, elektromobillərin artması fonunda elektrik ötürücü və paylayıcı şəbəkələrin modernləşdirilməsi, rəqəmsallaşdırılması və etibarlılığının artırılmasının vacibliyi qeyd edilib.

    Həmçinin “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə Dünya Bankı ilə əməkdaşlıq imkanları müzakirə olunub. “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” və “Gürcüstan-Rumıniya Qara dəniz Sualtı Kabeli” layihələrinin qarşılıqlı əlaqəsi, bu təşəbbüslərin Avropanın enerji təhlükəsizliyinə töhfəsi və regional inteqrasiyada rolu da nəzərdən keçirilib. Azərbaycanın regional enerji təchizatçısı kimi rolunun elektrik enerjisi ilə yanaşı, qaz ixracı üzrə də genişləndirilməsi perspektivlərinə toxunulub.

    Görüşdə enerji səmərəliliyi sahəsində görülən işlər və bu istiqamətdə gələcək addımlardan da bəhs edilib. İctimai binalarda enerji istehlakının azaldılması üçün mövcud potensial, Enerji Effektivliyi Fondunun fəaliyyəti, eləcə də beynəlxalq təcrübənin tətbiqi imkanları müzakirə olunub. Bu sahədə texniki yardım və bilik mübadiləsinin davam etdirilməsi məqsədəuyğun hesab edilib.

    Dünya Bankı ilə energetika sahəsində əməkdaşlıq müzakirə edilib
    Dünya Bankı ilə energetika sahəsində əməkdaşlıq müzakirə edilib
    Dünya Bankı ilə energetika sahəsində əməkdaşlıq müzakirə edilib
    #Dünya Bankı #Energetika Nazirliyi #Azure #Enerji Effektivliyi Fondu #Energetika naziri Pərviz Şahbazov #Roland Prays #Dünya Bankının Avropa və Mərkəzi Asiyada infrastruktur üzrə regional direktoru Çarlz Kormiyer #Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsi #Gürcüstan-Rumıniya Qara dəniz Sualtı Kabeli layihəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Vaşinqtonda Orta Dəhlizin inkişafı müzakirə olunacaq

    1 Sentyabr 2026 13:53

    İstehlakdan istehsala keçid - Səudiyyə Ərəbistanı öz rəqəmsal məhsullarını yaradır

    19 Avqust 2026 10:07

    ABŞ-nin Strateji Neft Ehtiyatı 40 ildən sonra ilk dəfə 300 milyon barreldən aşağı düşüb

    10 Avqust 2026 22:35

    Azərbaycanda torpaqların konsolidasiyası mexanizminin yaradılması ilə bağlı Türkiyə təcrübəsi öyrənilir

    27 İyul 2026 18:11

    İran Energetika Nazirliyi ABŞ hücumlarından sonra əhalini elektrik enerjisinə qənaət etməyə çağırıb

    17 İyul 2026 18:24

    Avropa İttifaqı Qəzza üçün 1 milyard dollarlıq yardım təşəbbüsü başladıb

    13 İyul 2026 18:40

    İRİA “Microsoft for Startups Investor Network” beynəlxalq proqramına qoşulub.

    29 İyun 2026 18:53

    Trampın Qəzza üçün yaratdığı “Sülh Şurası” fonduna vəsait daxil olmayıb

    27 May 2026 20:40

    İstanbulda “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” üzrə nazirlərin növbəti iclası keçirilib

    22 May 2026 19:16

    Antalya Forumunda qlobal enerji böhranı və risklər müzakirə olunub

    17 Aprel 2026 15:40

    Energetika naziri Türkiyədə enerji əməkdaşlığını müzakirə edib

    17 Aprel 2026 15:39

    Azərbaycanın enerji diplomatiyası Türkiyədə təqdim olunub

    17 Aprel 2026 13:36
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 2 Sentyabr

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.