ABŞ prezidenti Donald Tramp İsrailin İrana qarşı davam edən hücumlarının səngiməyəcəyini bildirib.
#İran və İsrail gərginliyi
Netanyahunun bu bəyanatları göstərir ki, İsrail üçün bu müharibənin məqsədi sadəcə İranı cəzalandırmaq və ya onu nüvə proqramı üzrə danışıqlara məcbur etmək deyil
ABŞ dövlət katibi Marko Rubio Kanada, Fransa və Böyük Britaniyanın xarici işlər nazirləri ilə İran başda olmaqla müxtəlif qlobal məsələləri müzakirə edib.
İsrail ordusu İrana yeni raket hücumu təşkil etdiyini bildirib
İsrail və İran arasında artan münaqişə təhlükəsizlik vəziyyətini pisləşdirdiyi üçün Çin öz vətəndaşlarına İsraili tərk etmələri barədə xəbərdarlıq edib.
Ərdoğan ABŞ prezidenti Donald Trump, İran prezidenti Məsud Pezeşkian və Rusiya prezidenti Vladimir Putinlə telefon danışıqları aparıb, tərəfləri atəşkəsə çağırıb və Türkiyənin vasitəçi roluna hazır olduğunu vurğulayıb.
Çin İsrailin İrana hücumları və bu ölkənin cavab tədbirləri nəticəsində yaranan gərginləşən münaqişədən ilk olaraq Yaxın Şərq ölkələrinin zərər çəkəcəyini bildirərək dialoq və danışıqlara çağırıb.
İsrail ordusu cümə günü İranda yerləşən bir neçə nüvə obyektini hədəfə almaq üçün hava qüvvələrindən istifadə edib. Bu hücumlarda F-15, F-16 və F-35 tipli qırıcı təyyarələrdən istifadə olunub.
İtaliyanın baş naziri Giorgia Meloni Yaxın Şərq böhranı ilə bağlı beynəlxalq liderlərlə məsləhətləşmələr aparıb.
İsraildə Ben Qurion hava limanı İranla gərginlik səbəbindən uçuşlara bağlanıb.
Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu İsrailin İrana hücumlarının ardından təhlükəsizlik səbəbilə İran, İraq, Suriya və İordaniyaya uçuşların 16 iyun 2025-ci il tarixinədək təxirə salındığını açıqlayıb.
ABŞ prezidenti Donald Tramp İsrailin İrana qarşı həyata keçirdiyi hücumlara dəstək verərək onları “mükəmməl” adlandırıb və “Daha çoxu gələcək” açıqlaması ilə yeni hücumların olacağını istisna etməyib.