İsrailin İrana qarşı hava hücumlarından sonra ölkədə olan Türkiyə vətəndaşları Hakkarinin Yüksekova rayonundakı Esendere Gömrük Qapısından ölkəyə daxil olmağa başlayıb.
#İran və İsrail gərginliyi
İsrailin Stokholmdakı səfirliyi açıqlama yayaraq, ölkənin bütün dünyadakı diplomatik nümayəndəliklərinin bağlandığını və konsulluq xidmətlərinin müvəqqəti olaraq dayandırıldığını bildirib.
İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei, bu gün səhər saatlarında İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumları nəticəsində həyatını itirən yüksək rütbəli komandirlərin yerinə yeni hərbi rəhbərlərin təyin edildiyini açıqlayıb.
İsrailin İrana qarşı son hava hücumları fonunda ABŞ Suriya prezidenti Əhməd Şara ilə bağlı diqqətçəkən təhlükəsizlik xəbərdarlığı yayımlayıb.
NATO-nun yeni baş katibi Mark Rutte İsrailin İrana qarşı həyata keçirdiyi hücumları “birtərəfli hərəkət” adlandırıb və bölgədə gərginliyin azaldılması üçün ABŞ başda olmaqla bütün müttəfiqləri təmkinə çağırıb.
Böyük Britaniyanın Baş naziri Keir Starmer və Xarici işlər naziri David Lammy İsrailin İrana hücumlarına dair narahatlıqlarını ifadə ediblər və tərəfləri gərginliyi azaltmağa çağırıblar.
İsrailin İran ərazisinə endirdiyi hücumdan sonra Yaxın Şərq bölgəsində hava nəqliyyatı ciddi şəkildə pozulub.
İsrailin İrana hərbi hava hücumu nəticəsində İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general Məhəmməd Hüseyn Baqeri ölüb.
Bu fikir ayrılığı son günlərdə yüksək səviyyəli israilli və amerikalı rəsmilər arasında bir sıra təcili görüşlərə səbəb olub.
Əsl sual budur: Netanyahunun rəhbərlik etdiyi hökumət, İrana təkbaşına zərbə endirmək niyyətindədir?
Bu təşəbbüs, Livan rəsmilərinin BMT-nin 1701 saylı qətnaməsinin ciddi şəkildə icrasına can atdıqları bir şəraitdə baş verir.
İsrail, İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi müdaxilə seçimini gündəmə gətirərək, təhlükəsizlik üçün ciddi təhdidlər qarşısında dayanır.