İranın bir çox şəhərində, xüsusən də paytaxt Tehranda cümə namazından sonra İsrailin hücumlarına qarşı etiraz aksiyaları keçirilib.
#İran və İsrail gərginliyi
İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin hücumlarını dayandırmasa, danışıqlardan söhbət gedə bilməz.
İranla İsrail arasında müharibə Səudiyyə Ərəbistanında minlərlə zəvvarın çıxışına əngəl olub.
Çin Xalq Respublikasının Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən telefon danışığında Yaxın Şərqdəki son gərginlik, xüsusilə İsrail-İran qarşıdurması müzakirə olunub.
Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirlərinin sabah İsveçrənin Cenevrə şəhərində İran xarici işlər naziri ilə görüşmək istədikləri bildirilib.
ABŞ prezidenti Donald Tramp İrana hücum edib-etməmək barədə hələ yekun qərar vermədiyini, lakin Yaxın Şərqdə münaqişəyə qarışmaq istəmədiyini bildirib.
İsrail ordusu İranın paytaxtı Tehrana yeni hava zərbələri endirdiyini açıqlayıb.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər qonşu İranda baş verən son hadisələrlə əlaqədar olaraq sərhəd xəttində təhlükəsizlik tədbirlərinin artırıldığını bildirib.
İran Prezidenti Məsud Pezeşkiyan bildirib ki, xalqla hökumət arasında birlik olduğu təqdirdə, heç bir xarici təhdid ölkəyə zərər verə bilməz.
Netanyahu hökuməti israillilərin ölkədən çıxışına qadağa qoyub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyan arasında telefon danışığı baş tutub. Danışıq zamanı İsrail ilə İran arasındakı gərginlik, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar İsrail və İran arasında artan gərginliyin qlobal neft təchizatına mümkün təsirlərini şərh edib. O bildirib ki, hazırda Türkiyənin enerji təchizatında hər hansı bir təhlükə və ya çatışmazlıq müşahidə olunmur.