İsrail və İran arasında münaqişənin davam etməsi fonunda, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus altı ədəd "B-2 Spirit" tipli "görünməz" strateji qırıcı təyyarə Missuri ştatındakı Whiteman Hərbi Hava Bazasından havalanaraq Sakit okeandakı Quam adasındakı bazaya doğru yola düşüb.
#İsrail-İran münaqişəsi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurası toplantısı çərçivəsində İranın xarici işlər naziri Seyid Abbas Araqçini qəbul edib.
İsrail ordusunun İranın İsfahan şəhərində yerləşən nüvə obyektinə hücumu radioloji nəticələr doğurmayacaq. Buna səbəb həmin obyektin nüvə materialı ehtiva etməməsidir.
İran hakimiyyəti ölkənin hava məkanının bağlı qalma müddətini 22 iyun tarixinə qədər uzatmaq qərarına gəlib.
Qətər, İran və İsrail arasında baş verən münaqişənin həlli məqsədilə bütün tərəflər arasında dialoqun bərpası üçün diplomatik səylər göstərir.
İranın səhiyyə naziri Məhəmməd Rza Zəfərkəndi İsrailin 13 iyundan bu yana həyata keçirdiyi hücumlarda birbaşa olaraq 3 xəstəxana və 6 təcili yardım maşınının hədəf alındığını, 2 həkimin həyatını itirdiyini bildirib.
İsrailin İrana hücumları ilə bağlı İstanbulda toplaşan Ərəb Liqasının Xarici İşlər Nazirləri bu hücumları kəskin şəkildə pisləyib.
Rusiya Prezidenti Vladimir Putin, İranın nüvə silahı əldə etmək niyyətinə dair yayılan iddialarla bağlı açıqlama verib.
İran İnqilab Keşikçiləri Korpusunun sabiq komandanı Möhsün Rızayi, Tehran ilə Təl-Əviv arasında artan gərginlik fonunda diqqətçəkən açıqlamalar verib.
ABŞ Prezidenti Donald Tramp, şəraitdən asılı olaraq İsraillə İran arasında aparılacaq danışıqlar dövründə atəşkəsə dəstək verə biləcəyini istisna etməyib.
İranın, nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ da daxil olmaqla, qanuni maraqları uğrunda apardığı mübarizəni dəstəkləyirik.
İranın cənub-qərbində yerləşən Xuzistan vilayətində bir sıra güclü partlayışlar baş verib.