İsrail hazırda İrana qarşı tarixindəki ən çətin hərbi əməliyyatı həyata keçirir və bu əməliyyatın uzunmüddətli ola biləcəyinə ölkə əhalisi hazır olmalıdır.
#İsrail-İran münaqişəsi
İsrailin bir neçə hərbi obyektinə, o cümlədən Nevatim və Hatserim hava bazalarına raket zərbələri endirilib.
İranın xarici işlər naziri Abbas Araqçi bu gün İsveçrənin Cenevrə şəhərinə səfər edib və burada Avropa İttifaqına (Aİ) üzv ölkələrin baş diplomatları ilə Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) etibarlı yoxlama sistemi vasitəsilə İranda nüvə silahının hazırlanmayacağına zamin dura bilər.
Böyük Britaniya, İran və İsrail arasında gərginləşən münaqişə fonunda İrandakı diplomatik nümayəndəliklərinin əməkdaşlarını təxliyə edib.
İranın bir çox şəhərində, xüsusən də paytaxt Tehranda cümə namazından sonra İsrailin hücumlarına qarşı etiraz aksiyaları keçirilib.
İsrail ordusu İranın mərkəzi və qərbində hərbi infrastruktura hava zərbələr endirib.
İsrailin müdafiə naziri Katz İranın paytaxtı Tehranın kütləvi şəkildə boşaldılmasını müdafiə edib.
İsrailin bölgəyə hücumları bitməli, danışıqlar və diplomatiya yenidən başlamalıdır.
İsrailin müdafiə naziri Yisrael Kats, İranla İsrail arasında artan gərginlik fonunda Hizbullahı açıq şəkildə hədələyib. O bildirib ki, Hizbullah Tel-Əviv ilə Tehran arasında gedən qarşıdurmaya qarışarsa, İsrail bu təşkilatı məhv edəcək.
Kreml sözçüsü Dmitri Peskov bildirib ki, İranda rejim dəyişikliyinə yönəlmiş istənilən cəhd qəbuledilməzdir. O, İranın ali lideri Ayətullah Əli Hamaneyə qarşı mümkün sui-qəsdin isə bölgədə vəziyyəti daha da gərginləşdirəcəyini deyib.