İsrail ordusunun Qəzza zolağına son 24 saat ərzində həyata keçirdiyi hücumlar nəticəsində 51 fələstinli həlak olub, 369 nəfər yaralanıb. 2023-cü il oktyabrın 7-dən bəri Qəzza zolağında davam edən hücumlarda həlak olan mülki şəxslərin ümumi sayı 61 827-yə, yaralananların sayı isə 155 275-ə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
#Qəzzanın işğalı
İsrailin baş naziri Benyamin Netanyahu, Qəzza zolağında ölkəsinin təhlükəsizliyini və qələbəsini təmin edəcək “beş əsas prinsipi” açıqlayıb. Netanyahu bildirib ki, bu prinsiplər İsrailin təhlükəsizliyini təmin edəcək.
İsrail, vasitəçi ölkələrin Qəzza zolağında 48 saatlıq humanitar atəşkəs təklifini qəbul etməyib. Məlumata görə, vasitəçilər bu təklifi İsrail tərəfinə təqdim etsələr də, cavab mənfi olub. Bununla belə, onlar atəşkəsə nail olmaq üçün səylərini davam etdirirlər.
İsrailin “Mossad” kəşfiyyat xidmətinin rəhbəri David Barnea Qətərdə Qəzzada atəşkəs danışıqlarını bərpa etmək məqsədilə səfərdədir.
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı son 24 saatda 54 nəfər artaraq 61 min 776 nəfərə çatıb. Qəzzədəki Fələstin Səhiyyə Nazirliyinin verdiyi yazılı açıqlamada, İsrailin davam edən hücumları nəticəsində baş verən can itkiləri və yaralılarla bağlı son məlumatlar paylaşılıb. Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara 54 nəfərin meyiti və 831 yaralı gətirildiyi bildirilib.
Ərəb ölkələri İsrail Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail” vizyonu ilə bağlı verdiyi açıqlamalara sərt reaksiya göstərib. Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin açıqlamasında İsrail Baş naziri tərəfindən səsləndirilən sözde “Böyük İsrail” vizyonuna dair fikirlər və israilli rəsmilər tərəfindən müdafiə olunan işğalçı və ekspansionist ideyalar və layihələr qəti şəkildə pislənilib. Açıqlamada fələstinlilərin öz torpaqlarında müstəqil və suveren dövlət qurmaq hüququ bir daha vurğulanıb və beynəlxalq ictimaiyyət “İsrailin beynəlxalq legitimliyin əsaslarını sarsıdan, dövlətlərin suverenliyini açıq şəkildə pozan, regional və beynəlxalq təhlükəsizlik və sülhə təhdid yaradan hərəkətləri” mövzusunda xəbərdar edilib.
Cənubi Sudan Qəzza zolağının sakinlərini ölkədə məskunlaşdırmaq üçün İsraillə danışıqlar apardığına dair xəbərləri təkzib edib. Bu barədə Cənubi Sudan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
24 ölkənin xarici işlər nazirləri və üç Avropa Komissarı Qəzza zolağında humanitar vəziyyətin kritik həddə çatdığını bildirərək, İsraili ehtiyacı olan insanlara humanitar yardımın çatdırılmasına icazə verməyə çağırıblar. Bu haqda Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda qeyd olunub.
İsrailin Qəzzaya qarşı törətdiyi vəhşiliklərə ən sərt reaksiya verən ölkə Türkiyədir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.
Fransa prezidenti Emmanuel Makron İsrailin Qəzzanı işğal etmək qərarına sərt reaksiya verərək bu qərarı “misilsiz bir fəlakətin başlanğıcı” kimi qiymətləndirib. O, Qəzzadakı mülki əhalinin və HƏMAS-ın Qəzzada saxladığı girovların bu strategiyanın əsas qurbanı olmağa davam edəcəyini vurğulayıb və BMT mandatı altında beynəlxalq koalisiya yaradılması təklifini irəli sürüb.
İsrailin Təhlükəsizlik Kabineti ordunun Qəzza zolağında HƏMAS-ın qalan iki əsas mövqeyini – Qəzza şəhərini və zolağın mərkəzindəki qaçqın düşərgələrini məhv etməsinə göstəriş verib. Bu barədə İsrailin baş naziri Benyamin Netanyahu mətbuat konfransında bildirib.
İsrailin hərbi planları Qəzza zolağını Vyetnama çevirə bilər. Bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani deyib.