Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Netanyahu Qəzza müharibəsinin həlli üçün beş əsas prinsipi açıqlayıb

    14 Avqust 2025 21:51
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahu Qəzza müharibəsinin həlli üçün beş əsas prinsipi açıqlayıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında ölkəsinin təhlükəsizliyini və qələbəsini təmin edəcək “beş əsas prinsipi” açıqlayıb.

    AzerVoice-un məlumatına görə, Netanyahu bildirib ki, bu prinsiplər HƏMAS-ın tam şəkildə silahsızlaşdırılması, bütün girovların azad edilməsi, Qəzza zolağının tam demilitarizasiyası, təhlükəsizliyin (o cümlədən mühafizə perimetri ilə birlikdə) İsrailin nəzarətində olması və nə HƏMAS-ın, nə də Fələstin Milli Administrasiyasının idarə etmədiyi alternativ mülki idarəetmənin yaradılmasını nəzərdə tutur.

    Baş nazir əlavə edib ki, İsrail bu prinsiplərin həyata keçirilməsi üçün fəaliyyətini davam etdirir və artıq hər kəsin bunun vacibliyini anlamasının vaxtı çatdığını vurğulayıb. O həmçinin xatırladıb ki, hökumət bir həftə əvvəl müharibəni sona çatdıracaq bu “beş əsas prinsipi” təsdiqləyib.

    Bu arada, Netanyahu daha əvvəl, işğal altındakı Fələstin torpaqlarını da əhatə edən “Böyük İsrail” planına sadiq olduğunu bəyan edib və bunu “tarixi və mənəvi missiya” adlandırıb.

    “Böyük İsrail” anlayışı bəzi sionistlər, o cümlədən Sionist Revizionist hərəkatının qurucusu və hakim “Likud” partiyasının ideya müəllifi hesab edilən Zeev Jabotinski tərəfindən müasir İsrail dövləti ilə yanaşı, Qəzza zolağı, İordan çayının qərb sahili və İordaniyanın müəyyən ərazilərini əhatə edən konsepsiya kimi istifadə olunur.

    #Qəzza #İsrail #Benyamin Netanyahu #Fələstin #Qəzza zolağı #HƏMAS #Likud Partiyası #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Qəzzanın işğalı #Qəzzə və İsrail arasındakı gərginlik #İsrailin Qəzzəyə hücumu #Qəzzə müharibəsi 2025
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    21 İyul 2026 19:08

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İsrail və Livan arasında razılaşmanın icrasında yeni problem yaranıb

    20 İyul 2026 22:25

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    Livanda İsrail hücumları nəticısində ölənlərin sayı 4 328 nəfərə çatıb

    20 İyul 2026 19:34

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    ABŞ Livanın cənubunda ilk “pilot zonalar”ın yaradıldığını açıqlayıb

    20 İyul 2026 19:22

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42
    XƏBƏR LENTİ

    Paris Tehrandan diplomatik heyətin təhlükəsizliyini tələb edir

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    Ali rəhbərlə əlaqələrim hər gün genişlənir - Pezeşkian

    İraqın şimalında neft hasilatı təhlükəsizlik səbəbilə dayandırıldı

    İordan çayının qərb sahilində təhlükəsizlik böhranı dərinləşir

    İranın danışıqlardakı nəticələri gözləntiləri keçdi - Pezeşkian

    BƏƏ İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

    İran yenidən Küveytin enerji və su infrastrukturunu hədəfə alıb

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.