Qətər və Misir Qəzza zolağındakı münaqişənin həlli üçün vasitəçilik səylərini davam etdirir, lakin HƏMAS bu səylərin nəticələri barədə məlumat almayıb. Qətər və Misirdəki vasitəçilər səylərini dayandırmayıblar, amma indiyədək bu səylərin nəzərəçarpacaq nəticəsi olmayıb və HƏMAS rəsmi olaraq heç bir nəticə barədə məlumatlandırılmayıb.
#Qəzzanın işğalı
Böyük Britaniya hakimiyyəti İsrailin Qəzza zolağını tamamilə işğal etməsi halında yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu barədə "The Sunday Times" qəzeti məlumat yayıb.
Qəzza zolağında son 24 saat ərzində ikisi uşaq olmaqla beş nəfər aclıq və qidalanma çatışmazlığı nəticəsində həyatını itirib. Beləliklə qidalanma çatışmazlığı səbəbindən ölənlərin ümumi sayı 100-ü uşaq olmaqla 217 nəfərə yüksəlib. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qəzza zolağında aclıq və qida çatışmazlığı nəticəsində ölənlərin sayı artmaqdadır. Son məlumatlara görə, daha 11 nəfərin aclıqdan həyatını itirməsi ilə ümumi ölüm sayı 98-i uşaq olmaqla 212-yə çatıb. Bu ağır humanitar vəziyyət fonunda ABŞ-ın dəstəyi ilə Misir və Qətərdəki vasitəçilər, son günlərdə yaranmış durğunluqdan sonra İsrail və HƏMAS-ı danışıqlar masasına qaytarmağa çalışırlar.
"Fələstinə Dəstək Platforması"na daxil olan vətəndaş cəmiyyəti təşkilatları, İsrailin Qəzza zolağında davam etdirdiyi hücumlara və blokadaya qarşı “Qəzzaya ümid ol” şüarı ilə İstanbulda yürüşə başlayıblar. İştirakçılar, əllərində fənərlər və məşəllərlə Ayasofya Məscidinə doğru irəliləyərkən, şəhərin müxtəlif yerlərindən gələn insanlar Qəzzaya dəstək şüarları səsləndiriblər. Yürüş boyu “Azad Fələstin” və “Qatil İsrail” şüarları eşidilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Dövlət Başçısı Mahmud Abbasla telefon danışığı aparıb. Söhbət zamanı İsrailin Qəzzaya qarşı hücumları və bölgədəki son vəziyyət müzakirə olunub.
Fransanın paytaxtı Parisdə Fələstinə dəstək və İsrail hökumətinin Qəzza zolağında hərbi əməliyyatları genişləndirmə planlarına etiraz məqsədilə aksiya keçirilib. Aksiyada yüzlərlə insan iştirak edib və tədbir insidentsiz başa çatıb.
Fələstin bir sıra ölkələrlə birgə BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) təcili iclasının çağırılmasını tələb edib. Bu haqda Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mansur məlumat verib.
İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir, Təhlükəsizlik Kabinetinin təsdiqlədiyi Qəzza işğalı planının həyata keçirilə bilməsi üçün təxminən 200 min ehtiyat əsgərə ehtiyac olduğunu bildirib. Bu barədə İsrail dövlət televiziyası KAN adı açıqlanmayan mənbəyə istinadən məlumat yayıb.
Səudiyyə Ərəbistanı İsrailin Qəzzanın işğal edilməsi ilə bağlı qərarını pisləyib. Bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi bəyanat yayıb. Səudiyyə Ərəbistanı beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını (BMT TŞ) İsrailin işğalçı fəaliyyətlərini dərhal dayandırmağa çağırıb.
İsrailin hücumları və blokadası səbəbindən aclıq yaşanan Qəzza zolağında son 24 saat ərzində 2-si uşaq olmaqla 4 fələstinlinin daha aclıqdan həyatını itirdiyi, aclıq səbəbilə ölənlərin sayının 201-ə çatdığı bildirilib. Qəzzadakı Fələstin Səhiyyə Nazirliyinin baş direktoru Munir əl-Burş “X” hesabında etdiyi paylaşımda, Qəzzada aclıqdan həyatını itirənlərlə bağlı məlumat verib. “Aclıq səbəbilə ölümlər Qəzzada davam edir”, – deyən əl-Burş, son 24 saatda 2-si uşaq olmaqla 4 fələstinlinin daha aclıq və qeyri-kafi qidalanma səbəbilə həyatını itirdiyini bildirib.
Qətərdə fəaliyyət göstərən Əl-Cəzirə xəbər kanalına danışan Qəzzalılar, artıq “işğal üçün yer qalmadığını” bildirərək, yaşadıqları ağır şəraitə diqqət çəkiblər. “İşğal etməyə yer qalmayıb. Onsuz da hər gün 100-150 insan həyatını itirir. Qəzzanın demək olar ki, hamısı qərb hissəsi ilə məhdudlaşıb. Xalq üçün işğalın olub-olmaması artıq fərq etmir.” - deyə Qəzzanın şərqində yaşayan Mahmud əl-Quraşli vəziyyəti belə ifadə edib.