Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qəzzadakı müharibənin dayandırılması, humanitar yardımların daxil olması və iki dövlətli həllin dəstəklənməsi üçün beynəlxalq ictimaiyyətə, o cümlədən ABŞ-ın keçmiş prezidenti Donald Trampa çağırış edib.
#Qəzza müharibəsi
Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar İşlər üzrə Baş katib müavini və Təcili Yardım Koordinatoru Tom Fletcher Qəzza zolağındakı humanitar vəziyyətlə bağlı ciddi xəbərdarlıq edib.
Qəzza şəhərindəki Şifa xəstəxanasında Məhəmməd İbrahim Ades adlı 7 aylıq körpə şiddətli aclıq və uşaq qidası çatışmazlığı səbəbindən həyatını itirib. Qəzzada son 24 saatda ikisi uşaq olmaqla 6 fələstinli aclıqdan ölüb.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, İsrailin Qəzza zolağına humanitar yardımın çatdırılmasına mane olmasını sərt şəkildə pisləyib. Bu barədə o "X" sosial şəbəkəsində yazıb.
İordaniya və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus yük təyyarələri Qəzza zolağına 25 ton humanitar yardım göndəriblər.
BMT-nin Humanitar Məsələlərin Koordinasiya Ofisinin Fövqəladə Yardım Koordinatoru Tom Fletçer Qəzza zolağına humanitar yardımların daxil olmasına şərait yaratmaq üçün elan olunan atəşkəs qərarını alqışladığını bildirib.
Ərdoğan və Makron arasında telefon danışığında Qəzzada ağırlaşan humanitar vəziyyət, İsrail-Fələstin münaqişəsi və Fransanın Fələstini tanıma qərarı müzakirə olunub. Türkiyə Prezidenti iki dövlətli həllin vacibliyini vurğulayıb və Makronun mövqeyini alqışlayıb.
Avstraliya Baş naziri Entoni Albanese İsraili beynəlxalq hüququ açıq şəkildə pozmaqda ittiham edib, lakin Fələstin dövlətini tanımaq çağırışlarına qarşı çıxıb.
İsrailin Qəzzanın bəzi bölgələrinə humanitar yardımın havadan endirməsi aldadıcı bir addımdır.
Partlayışlar İsrail ordusunun Qəzza zolağına humanitar yardımın çatdırıla bilməsi məqsədilə saat 10:00-dan 20:00-dək (Bakı vaxtı ilə 11:00-dan 21:00-dək) hərbi əməliyyyatlarını dayandıracağı barədə verdiyi açıqlamadan sonra baş verib.
İsrail Müdafiə Ordusu, Qəzza zolağının bəzi bölgələrində humanitar məqsədlərlə hərbi əməliyyatlarda gündəlik taktiki pauza tətbiq ediləcəyini açıqlayıb.
Son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində 70-dən çox fələstinli həlak olub.