#Zəngəzur dəhlizi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İğdırda Qars-İğdır-Aralık-Dilucu Dəmiryolu Xəttinin təməlqoyma mərasimində jurnalistlərin suallarını cavablandırıb. Nazir bildirib ki, Zəngəzur dəhlizi yalnız nəqliyyat marşrutu deyil, həm də strateji sərmayədir və türk dünyasını, türk cümhuriyyətlərini və Uzaq Şərqi birləşdirən ən qısa yol olacaq. Onun sözlərinə görə, dəhlizin 15 milyon ton yükdaşıma potensialı var. “30 illik proqnoza görə, Zəngəzur dəhlizindən 135 milyard lirə əməliyyat gəliri, 3 milyard lirə qəza gəliri, 2,1 milyard lirə iqlim qənaəti, 3,5 milyard lirə isə yol və zaman qənaəti əldə ediləcək. Beləliklə, ümumilikdə 147,6 milyard lirə gəlir gözlənilir”, – Uraloğlu qeyd edib.

Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu hazırda CNN Türk-ün canlı yayımında Qars-İğdır-Aralık-Dilucu Yüksək Sürətli Dəmiryolu Xətti və Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verir. Nazir bildirib ki, layihə çərçivəsində Qarsdan Naxçıvana qədər uzanan 224 kilometrlik xəttin 150 kilometri artıq hazırdır və bərpa olunacaq, qalan 20 kilometri isə Azərbaycan tərəfi tikəcək. Hər iki ölkənin əməkdaşlığı ilə xətt eyni vaxtda tamamlanacaq və Bakıdan Qars istiqamətində sərnişin və yük daşımaları mümkün olacaq. Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi 43 kilometrlik məsafəni əhatə edəcək və ən geci beş ildən sonra tam istifadəyə veriləcək. Bu yeni xəttin istifadəyə verilməsi ilə Bakı-Tbilisi-Qars marşrutuna alternativ təmin olunacaq və türk dünyası üçün daha qısa və problemsiz nəqliyyat marşrutu yaradılacaq.

Uraloğlunun sözlərinə görə, 224 kilometrlik xətt elektrikləşdirmə və siqnalizasiya ilə iki yollu şəkildə inşa olunacaq. İllik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma qabiliyyətinə malik olacaq dəmir yolunda 5 tunel, 19 kəsilmiş-örtük tunel, 3 viyadük, 114 körpü, 7 yolaltı keçid və 480 suötürücü xətt nəzərdə tutulur. Layihənin 2029-cu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Qeyd edək ki, Nazir Uraloğlu Zəngəzur dəhlizinin bölgə və Türkiyə üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, dəhliz Xəzər və Aralıq dənizi hövzələri arasında yeni ticarət marşrutu yaradacaq, Türkiyəni yalnız tranzit ölkə deyil, həm də regional əməkdaşlıq və inkişafın mərkəzinə çevirəcək.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu dəmir yolunun həm Zəngəzur dəhlizinin əsas hissəsi, həm də Türkiyənin Avrasiyada logistika mərkəzi mövqeyini gücləndirəcək strateji addım olduğunu bildirib. Nazir layihə üçün 2,4 milyard avro həcmində xarici kredit əldə olunduğunu, bunun ölkəyə valyuta axını yaradacağını vurğulayıb. Uraloğlunun sözlərinə görə, 224 kilometr uzunluğunda, elektrikləşdirilmiş və siqnallı cüt xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma gücünə sahib olacaq. Xətt üzrə beş tunel, 19 kəsilmiş-örtük tunel, 13 körpü, 14 keçid və yüzlərlə mühəndislik qurğusunun 2029-cu ilin sonuna qədər tamamlanması planlaşdırılır.

ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında imzalanan yeni razılaşma Zəngəzur dəhlizinin istismara verilməsini təmin edəcək. ABŞ prezidenti Donald Tramp 99 ilə qədər uzadılmış razılaşma çərçivəsində Azərbaycanın Naxçıvana çıxış əldə edəcəyini, Ermənistanın isə suverenliyinə hörmət ediləcəyini bildirib. Ekspertlərə görə, bu dəhliz Türkiyə üçün yalnız nəqliyyat marşrutu deyil, həm də enerji, nəqliyyat və rəqəmsal infrastruktur baxımından yeni inteqrasiya imkanları təqdim edəcək. Dəmir yolları, neft-qaz kəmərləri və fiber-optik şəbəkələr Türkiyəni regional enerji və kommunikasiya mərkəzinə çevirə bilər.