#Zəngəzur dəhlizi

“Azərbaycan Kartoqrafları” İctimai Birliyi Zəngəzur dəhlizinin xəritəsini hazırlayıb. Xəritənin altlığı yüksək keyfiyyətli kosmik şəkillər əsasında tərtib edilib. Xəritədə həmçinin, Araz dəhlizi öz əksini tapıb. Kartoqrafik əsər Azərbaycan və ingilis dillərindədir.

Orta Dəhliz üzrə tranzit həcmləri artmaqda davam edir, Zəngəzur Dəhlizinin istifadəyə verilməsi isə bu rolu daha da möhkəmləndirəcək. Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Bakı İqlim Fəaliyyəti Həftəsində bildirib. O vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi onun strateji regional mərkəz rolunu daha da gücləndirir: "Müasir infrastruktur – Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt İqtisadi Zonası və yenilənmiş dəmir yolu şəbəkəsi investorlar üçün qlobal bazarlara birbaşa çıxış və səmərəli logistika həlləri yaradır".

Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq.bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda bildirib.Onun sözlərinə görə, Zəngəzur dəhlizi Orta Dəhlizdə çox böyük rol oynaya bilər: "Biz artıq son beş il ərzində bu gündəliyi irəli aparırıq və bu ilin avqust ayında bu dəhliz beynəlxalq müstəvidə də təsdiqləndi. Mən burada üçtərəfli görüşü nəzərdə tuturam – cənab Əliyev, cənab Putin və Paşinyan arasında. Yəni artıq ortaya qoyuldu ki, Zəngəzur dəhlizi Orta Dəhlizin mühüm arteriyası olacaq.

18-19 sentyabr tarixlərində Türkmənistanın Avaza şəhərində Türkmənistan İnvestisiya Forumu keçirilib. Müxtəlif dövlətlərin, xarici qurumların nümayəndələrinin, iş adamlarının iştirakı ilə keçirilən forumda ölkələrin iqtisadi potensialının təqdimatı keçirilib, beynəlxalq tərəfdaşlıq və investisiya əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub. Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov təmsil edib.

Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlərin gələn il tamamlanması nəzərdə tutulur. Bunu Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Orta Dəhliz vasitəsilə 2019-cu ildə göndərilən yüklərin həcmi ilə müqayisədə 2024-cü ildə 5 dəfəyə qədər artım əldə olunub:

Gələn həftə ABŞ-ın müxtəlif dairələrinin nümayəndələri "Tramp Marşrutu" (Zəngəzur dəhlizi) layihəsini müzakirə etmək məqsədilə Ermənistana səfər edəcəklər. AzerVoice bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, amerikalı nümayəndələr dəhlizin yalnız texniki deyil, həm də siyasi detallarını müzakirə edəcəklər. Həmçinin layihəyə yatırılacaq investisiyaların həcmi, prioritetlər və tikinti işlərinin başlanma müddəti mövzuları da gündəmə gətiriləcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Çin səfəri sonrası jurnalistlərin suallarını cavablandırarkən, Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verib. Ərdoğan, 8 avqustda ABŞ-ın paytaxtı Vaşinqtonda Zəngəzur dəhlizi ilə bağlı atılan imzaların, Ermənistan-Azərbaycan normallaşma prosesini sürətləndirdiyini bildirib. O, həm Azərbaycan Prezidenti İlham Əliyev, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirdiyi ikitərəfli görüşlərdə hər iki liderin eyni mövqedə olduğunu gördüyünü söyləyib.

Zəngəzur dəhlizinin açılması Azərbaycan və Çin arasında əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradacaq. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin Tiencin şəhərində jurnalistlərə açıqlamasında deyib. "Əməkdaşlığımızın digər mühüm sahəsi nəqliyyat kommunikasiyalarıdır. Azərbaycan bizim ərazimizdən keçən və Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün bir hissəsi olan Orta Dəhlizin inkişafında əsas rol oynayır", - deyə H.Hacıyev qeyd edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ermənistan və Azərbaycan arasında əldə edilən razılaşmalarla yanaşı, Azərbaycanla ABŞ arasında imzalanan sazişlərin bölgədə sülh üçün ümidverici mənzərə yaratdığını bildirib. Nazir qeyd edib ki, hadisələrin ilk günündən etibarən ABŞ rəsmiləri Azərbaycanla təmaslara başlayıb və bu proses Türkiyə ilə də daimi məsləhətləşmələr şəklində davam edib. Fidan bildirib ki, Zəngəzur dəhlizinin elan olunması, Azərbaycanın əvvəldən ortaya qoyduğu əsas tələblərin prinsip etibarilə qəbul edilməsi deməkdir. O, bu mərhələdə dəhlizlə bağlı konkret bir razılaşmanın olmadığını, ancaq konseptual olaraq qəbul edildiyini və bunun tərəflər arasında müzakirə olunacağını deyib.