Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğu və iki ölkənin regional strateji tərəfdaşlığı dərinləşdirdiyi bildirilib. Əl-Harbi Türkiyənin etibarlı müttəfiq olduğunu vurğulayaraq, Türk şirkətlərinin Səudiyyə Ərəbistanında irimiqyaslı layihələr həyata keçirdiyini, xüsusilə müdafiə sənayesi sahəsində "Baykar" şirkəti ilə mühüm tərəfdaşlığın qurulduğunu diqqətə çatdırıb. O, həmçinin Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının regional müstəvidə güclərini birləşdirərək strateji tarazlıq formalaşdırdıqlarını qeyd edib.
#İkitərəfli münasibətlər
Sıx münasibətlər sayəsində ikitərəfli əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib
Özbəkistan və Azərbaycan ikitərəfli ticarətin və investisiya əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni tədbirlər hazırlayır. Bu tədbirlər çərçivəsində 2030-cu ilədək qarşılıqlı ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması proqramının həyata keçirilməsi nəzərdə tutulur.
İranın xarici işlər naziri Abbas Əraqçi Fransanı insan hüquqları və beynəlxalq hüququ müdafiə etdiyini iddia edərkən ikili standartlardan istifadə etməkdə ittiham edib. İranın xarici işlər naziri Fransanın özünü insan hüquqlarının müdafiəçisi kimi təqdim etməsini rədd edib və Parisin İsrailin Qəzzadakı hərəkətlərinə, eləcə də İrana qarşı hərbi əməliyyatlara dəstəyinin onun mənəvi mövqeyini sarsıtdığını bildirib.
Oman Sultanı Heysəm bin Tariq və Bəhreyn Kralı Həməd bin İsa Əl-Xəlifə regional və beynəlxalq məsələləri müzakirə edib. Telefon danışığında bölgədə təhlükəsizlik və sabitliyin gücləndirilməsi yolları diqqət mərkəzində olub. Liderlər Oman-Bəhreyn münasibətlərinin inkişafı barədə fikir mübadiləsi aparıblar. Tərəflər qarşılıqlı maraq doğuran məsələləri də müzakirə ediblər. Danışıq Körfəz regionunda gərginliyin davam etdiyi bir vaxtda baş tutub. İki ölkə regional sabitlik məsələlərində əməkdaşlığı davam etdirir.
İssık-Kul gölünün sahilində yerləşən Balıkçı şəhərində Qırğızıstan və Rusiyanın birgə taktiki təlimi start götürüb. Açılışda təlim rəhbəri Rusiya Silahlı Qüvvələrinin hərbi kontingentinin başçısı - polkovnik Kojoşev, 201 saylı hərbi bazanın qvardiya komandir müavini Lakeyev və şəhər meriyasının aparat rəhbəri Kukeyeva iştirak ediblər.
Suriya Prezident Administrasiyası Fransa Prezidenti Emmanuel Makronun yaxın vaxtlarda Suriyaya rəsmi səfər edəcəyini açıqlayıb. Bildirilib ki, səfərin məqsədi iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsidir.
Almaniya və Fransa liderləri, Avropanın ən iddialı müdafiə proqramında sənaye mübahisələrini həll edə bilməyərək, yeni nəsil döyüş təyyarəsi inkişaf etdirmək üçün başlanan layihəni rəsmi olaraq dayandırmaq barədə razılığa gəliblər.
ABŞ Dövlət katibi Marko Rubio və Pakistanın xarici işlər naziri İshaq Dar arasında Vaşinqtonda keçirilən yüksək səviyyəli görüş başa çatıb. Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına görə, tərəflər ikitərəfli əməkdaşlığın genişləndirilməsi və regional sülh, təhlükəsizlik və rifah sahələrində əlaqələrin gücləndirilməsi barədə razılığa gəliblər. Bununla yanaşı, görüş zamanı əldə olunan konkret nəticələr və ya mümkün sazişlər barədə ətraflı məlumat verilməyib. Diplomatik dairələr görüşü ABŞ–Pakistan münasibətlərində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.
Küveyt və Pakistan hərbi əməkdaşlığın gücləndirilməsini müzakirə edib; görüşdə ikitərəfli münasibətlər və birgə müdafiə imkanları qiymətləndirilib.
Görüş zamanı Abbas Əraqçi Pakistanın regionda sülhün qorunması və vasitəçilik səylərini yüksək qiymətləndirib. Xüsusilə son dövrlərdə ABŞ və İsrailin İrana qarşı hərbi kampaniyası, Hörmüz boğazındakı dəniz gərginliyi və regional münaqişələrin genişlənməsi fonunda bu təmas strateji əhəmiyyət kəsb edir.
İspaniyanın aerokosmik şirkəti Airtificial ilə Türk Aviasiya və Kosmos Sənayesi arasında “Hürjet” təlim təyyarəsi üçün uçuş idarəetmə sistemlərinin istehsalına dair 16 milyon avrodan artıq dəyərdə müqavilə imzalanıb. Çatdırılmaların növbəti beş il ərzində mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Şirkət daha əvvəl də bu proqram çərçivəsində məhdud həcmli layihələrdə iştirak etdiyini və yeni müqavilə ilə ilk tədarüklərə başladığını bildirib.