#İkitərəfli münasibətlər

Səudiyyə Ərəbistanı ilə İsveçrə arasında əməkdaşlığın genişləndirilməsi gündəmdədir. Görüş zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib, xüsusilə investisiya istiqamətində yeni imkanlar müzakirə olunub. Tərəflər qarşılıqlı iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün perspektivli sahələri müəyyənləşdiriblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmaer ilə telefon görüşməsi keçirib. Kommunikasiya idarəsindən verilən məlumata görə danışıq zamanı Türkiyə Almaniya ikitərəfli münasibətləri ilə yanaşı regional və qlobal proseslər ətraflı şəkildə müzakirə edilib. Prezident Ərdoğan görüşdə Türkiyə ilə Almaniya arasındakı əlaqələrin son dövrlərdə həyata keçirilən yüksək səviyyəli təmaslar sayəsində yaxşı bir sürət qazandığını ifadə edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan 23-24 aprel tarixlərində Birləşmiş Krallıqa səfər edəcək. Səfər çərçivəsində onun İngiltərənin xarici işlər və inkişaf naziri Yvette Cooper, parlament üzvləri və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan bin Abdullah şənbə günü "Antalya Diplomatik Forumu 2026" çərçivəsində Əlcəzairin dövlət naziri, xarici işlər, xaricdəki milli birlik və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb. Görüş zamanı nazirlər iki ölkə arasındakı mövcud ikitərəfli münasibətləri nəzərdən keçirib, həmçinin regionda baş verən ən son hadisələri və qarşılıqlı maraq doğuran məsələləri ətraflı müzakirə ediblər.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan və İspaniyanın Baş naziri Pedro Sançez arasında telefon danışığı baş tutub. Görüş zamanı liderlər ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələləri ətraflı müzakirə ediblər. Prezident Ərdoğan Türkiyə və İspaniyanın müdafiə sənayesi başda olmaqla hər sahədə nümayiş etdirdiyi həmrəyliyin hər iki xalq tərəfindən məmnuniyyətlə qarşılandığını və bu münasibətləri daha da inkişaf etdirməyi hədəflədiklərini bildirib.

Pakistanın Baş naziri rəsmi İslamabadın Yaxın Şərqdə davam edən hərbi münaqişəni dayandırmaq və gərginliyi azaltmaq üçün diplomatik vasitəçilik missiyasına hazır olduğunu bəyan edib. Analitiklər qeyd edirlər ki, Pakistan həm Vaşinqton, həm də Tehranla uzunmüddətli strateji və tarixi əlaqələri olan nadir ölkələrdən biridir. İslamabadın bu təşəbbüsü Türkiyə, Qətər və Misir kimi ölkələrin apardığı vasitəçilik səylərinə yeni bir nəfəs verə bilər.

Bazar ertəsi Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah ilə Suriyanın Xarici İşlər naziri Əsad əl-Şeybani arasında telefon danışığı baş tutub. Suriya tərəfinin təşəbbüsü ilə reallaşan bu dialoq zamanı Yaxın Şərqdə cərəyan edən son proseslər və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub. Nazirlər iki ölkə arasındakı mövcud münasibətləri nəzərdən keçirərək, əməkdaşlığın gücləndirilməsi yollarını ətrafında fikir mübadiləsi aparıblar. Xüsusilə Suriyadakı son vəziyyət və böhranın siyasi yolla həlli istiqamətində göstərilən beynəlxalq və regional səylər diqqət mərkəzində olub. Şahzadə Feysəl Səudiyyə Ərəbistanının Suriyanın ərazi bütövlüyünü və sabitliyini dəstəkləyən mövqeyini bir daha vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın münaqişənin tezliklə razılaşma yolu ilə həll olunması ilə bağlı çağırışlarına sərt reaksiya verib. Ukrayna mətbuatında yayılan məlumatlara görə, Zelenski Tramp administrasiyasından gələn “kompromislər üçün vaxtdır” mesajlarına cavab olaraq bildirib ki, Ukrayna indiyədək kifayət qədər güzəştlərə gedib və əlavə kompromislər ölkənin təhlükəsizliyi təmin olunmadan mümkün deyil.

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edəcək. Rəcəb Tayyib Ərdoğan ilin əvvəlindən etibarən 11 ölkə lideri ilə görüş keçirib və diplomatik təmaslarını davam etdirir. Miçotakis təxminən iki ildən sonra Prezident Kompleksində qəbul olunacaq.

İordaniya Kralı II Abdullah Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfər həyata keçirir. Görüşdə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan, MİT rəhbəri İbrahim Kalın, həmçinin Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.