#İkitərəfli əlaqələr

Səudiyyə Ərəbistanının xarici işlər naziri Şahzadə Feysəl bin Fərhan bin Abdullah şənbə günü "Antalya Diplomatik Forumu 2026" çərçivəsində Əlcəzairin dövlət naziri, xarici işlər, xaricdəki milli birlik və Afrika məsələləri naziri Əhməd Attaf ilə görüşüb. Görüş zamanı nazirlər iki ölkə arasındakı mövcud ikitərəfli münasibətləri nəzərdən keçirib, həmçinin regionda baş verən ən son hadisələri və qarşılıqlı maraq doğuran məsələləri ətraflı müzakirə ediblər.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, Prezident Rəcəb Tayyib Ərdoğan və İspaniyanın Baş naziri Pedro Sançez arasında telefon danışığı baş tutub. Görüş zamanı liderlər ikitərəfli əlaqələrlə yanaşı, regional və qlobal məsələləri ətraflı müzakirə ediblər. Prezident Ərdoğan Türkiyə və İspaniyanın müdafiə sənayesi başda olmaqla hər sahədə nümayiş etdirdiyi həmrəyliyin hər iki xalq tərəfindən məmnuniyyətlə qarşılandığını və bu münasibətləri daha da inkişaf etdirməyi hədəflədiklərini bildirib.

Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman İtaliyanın Baş naziri Giorgia Meloni ilə Ciddə şəhərində görüş keçirib. Bununla yanaşı, regional vəziyyət, xüsusilə davam edən hərbi gərginliyin qlobal ticarətə, enerji təhlükəsizliyinə və dünya iqtisadiyyatına təsiri müzakirə olunub. Tərəflər Yaxın Şərqdə sabitliyin qorunması üçün koordinasiyanın vacibliyini vurğulayıblar.

Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər İngiltərəyə səfər edərək Eurofighter Typhonn döyüş təyyarələrinin tədarükü ilə bağlı görüşlər aparacaq. Türkiyə və İngiltərə arasında davam edən və ötən ilin oktyabr ayında Rəcəb Tayyib Ərdoğan və İngiltərə Baş naziri Kir Starmer arasında ilkin imzaların atıldığı “Eurofighter Typhonn döyüş təyyarələrinin tədarükü” layihəsi də gündəmdə olacaq.

Bazar ertəsi Səudiyyə Ərəbistanının Xarici İşlər naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah ilə Suriyanın Xarici İşlər naziri Əsad əl-Şeybani arasında telefon danışığı baş tutub. Suriya tərəfinin təşəbbüsü ilə reallaşan bu dialoq zamanı Yaxın Şərqdə cərəyan edən son proseslər və regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzusu olub. Nazirlər iki ölkə arasındakı mövcud münasibətləri nəzərdən keçirərək, əməkdaşlığın gücləndirilməsi yollarını ətrafında fikir mübadiləsi aparıblar. Xüsusilə Suriyadakı son vəziyyət və böhranın siyasi yolla həlli istiqamətində göstərilən beynəlxalq və regional səylər diqqət mərkəzində olub. Şahzadə Feysəl Səudiyyə Ərəbistanının Suriyanın ərazi bütövlüyünü və sabitliyini dəstəkləyən mövqeyini bir daha vurğulayıb.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ABŞ-a səfər edəcək. Məlumata görə, iclas fevralın 19-na təyin olunub. Qeyd olunur ki, cari ilin yanvar ayında Özbəkistan Prezidenti yeni beynəlxalq qurum olan Sülh Şurasının nizamnaməsini imzalayıb. Bununla da Özbəkistan təşkilatın təsisçi dövlətlərindən biri statusunu qazanıb.

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu gün Türkiyəyə rəsmi səfər edəcək. Rəcəb Tayyib Ərdoğan ilin əvvəlindən etibarən 11 ölkə lideri ilə görüş keçirib və diplomatik təmaslarını davam etdirir. Miçotakis təxminən iki ildən sonra Prezident Kompleksində qəbul olunacaq.

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ilə Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani arasında telefon danışığı baş tutub. Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir Fidan və Qətərli həmkarı Al Sani arasındakı görüşdə regionda cərəyan edən son hadisələr və regional inkişaf prosesləri ətraflı müzakirə edilib. Tərəflər həmçinin ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.