Livanın cənubunda yerləşən Ayn əl-Hilvə fələstinli qaçqın düşərgəsinə endirilən hava zərbəsi nəticəsində 13 HƏMAS üzvü öldürülüb. İsrail Ordusunun bəyanatında hücumun “HƏMAS-ın təlim mərkəzinə” edildiyi iddia olunur. Bəyanata əsasən, zərbə Livandan İsrailə qarşı hücumlar üçün döyüşçülərin hazırlanması ilə məşğul olan şəxsləri hədəfləyib. Həlak olanlar arasında bu prosesdə iştirak etdiyi iddia edilən Cavad Sidavinin adı da qeyd edilir.
#İsrail və Hizbullah qarşıdurması
Fransa, Livanda Hizbullahın silahsızlaşdırılması, seçki qanunu ətrafında gedən daxili siyasi parçalanmalar və İsrailin gündən-günə artan təhdidləri fonunda ölkədə yaranan təhlükəli vəziyyəti yaxından izləyir. İsrailin hava və artilleriya zərbələrinin Livan ərazisinə qədər uzanması Parisdə ciddi narahatlıq yaradıb.
“Hizbullah”ın baş katibi Şeyx Naim Qasim bəyan edib ki, İsrailin davam edən hücumları və ABŞ-ın təzyiqləri fonunda Livanda sabitlik mümkün deyil. Təşkilat rəhbəri çıxışı zamanı İsraillə əldə olunmuş atəşkəs razılaşmasının dəyişdirilməsi və yeni şərtlərlə əvəzlənməsi cəhdlərini qəti şəkildə rədd etdiyini bildirib.
ABŞ Livanda mövcud olan siyasi vəziyyətdən istifadə edərək İranın “Hizbullah”a maliyyə axınını kəsməyə və qruplaşmanı silahsızlaşdırmağa çalışır. Bu haqda ABŞ Maliyyə Nazirliyinin terrorçuluq və maliyyə kəşfiyyatı üzrə müşaviri Con Herli İstanbulda jurnalistlərə müsahibə verərkən deyib. Herli açıqlamasında İranın bu il ağır iqtisadi sanksiyalara baxmayaraq “Hizbullah”a təxminən 1 milyard dollar ötürdüyünü bildirib.
İsrailin “Yediot Ahronot” qəzeti cümə günü axşam yazıb ki, Hizbullaha qarşı hansı səviyyədə və hansı formada eskalasiyaya gediləcəyi barədə ölkə daxilində ciddi fikir ayrılığı yaranıb. Bu məlumat cənub Livana hava zərbələrinin artdığı bir vaxtda dərc olunub.
“Hizbullah” və təşkilatın rəhbərliyi hələlik Livanla İsrail arasında birbaşa və ya dolayı danışıqlar məsələsində açıq mövqe bildirmir. Prezident Cozef Aunun Livanın danışıqlara hazır olduğunu elan etməsindən iki həftə keçsə də, partiya tərəfindən hər hansı təsdiq və ya təkzib yoxdur. Məlumata görə, Livanın rəsmi instansiyaları atəşkəsin monitorinqi üçün yaradılmış “Mexanizm komitəsi”nin genişləndirilməsinə, komitəyə mülki şəxslərin daxil olmasına razılıq verib. Bu qurumun İsraillə dolayı danışıqları aparması nəzərdə tutulur. Lakin bu barədə rəsmi bəyanat yayılmayıb. Eyni zamanda bildirilir ki, Livan, İsrailin mövqeyini gözlədiyi üçün açıqlama vermir. Əgər İsrail danışıqlara razı olmasa, Beyrut tərəfinin mövqeyi siyasi cəhətdən çətin vəziyyət yarada bilər.
Livan Prezidenti, general Cozef Aun, bazar ertəsi bildirib ki, ölkənin İsraillə danışıqlardan başqa çıxış yolu qalmayıb. Prezident Sarayının yaydığı bəyanata görə, dövlət başçısı danışıqlar dilinin müharibə dilindən daha vacib olduğunu vurğulayıb. İsraillə mümkün danışıqlar barədə danışan Aun qeyd edib ki, siyasətdə üç vasitə mövcuddur – diplomatik, iqtisadi və hərbi.
Hizbullah hərəkatının baş katibi Nəim Qasım bildirib ki, təşkilatın silahı Livanın milli gücünün tərkib hissəsidir və bu silahın ləğvi ölkədəki problemləri həll etməyəcək.
Vaşinqton Beyrutla əməkdaşlıq çərçivəsində təhlükəsizlik qüvvələrinə dəstək proqramını genişləndirir. ABŞ administrasiyası Livanın təhlükəsizlik qüvvələrinə 230 milyon dollar dəyərində yardım ayırıb. Bu qərar “Hizbullah” qrupunun silahsızlaşdırılması səyləri çərçivəsində qəbul edilib. Məlumata görə, ayrılan vəsaitin 190 milyon dolları Livan ordusuna, 40 milyon dolları isə Daxili Təhlükəsizlik Qüvvələrinə yönəldiləcək. Yardım ABŞ-da maliyyə ilinin başa çatmasına bir neçə gün qalmış- 30 sentyabr tarixindən əvvəl təsdiqlənib.
Avqust ayının sonunda İrandan yüksək rütbəli bir iraqlı rəsmiyə göndərilən məktubda ölkənin qərbindəki rəsmi sərhəd-keçid məntəqəsindən qeyri-adi güzəştlərin göstərilməsi istənilib. Məqsəd Livan “Hizbullah”ına Suriyadan keçməklə böyük məbləğdə pul daşınmasını təmin etmək idi. Məsələnin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən iraqlı rəsmi bildirib ki, müraciətə təhlükəsizlik və siyasi səbəblərdən müsbət cavab verilməyib. Suriyalı və livanlı mənbələrin məlumatına görə, son həftələrdə İranın “Hizbullah”a yardım göndərmək cəhdləri artıb. Qaçaqmalçılıq əməliyyatlarının bir qismi ifşa edilsə də, müəyyən məbləğlərin gizli şəbəkələrin köməyi ilə Livana çatdığı iddia olunur. ABŞ isə hazırda milyonlarla dolların necə “Hizbullah”a ötürüldüyünü izləməyə çalışır.
“Livan Milli İnformasiya Agentliyi”nin məlumatına görə, şikayəti deputatlar İlyas Xuri, Əşrəf Rifi, Kamil Şamun, Corc Aqis, sabiq deputat Edi Əbi Ləma və “Dəyişiklik Hərəkatı”nın rəhbəri vəkil İli Mahfuz imzalayıb. Onların şikayəti Beyrutdakı Ədliyyə Sarayında qeydiyyata alınıb və sənəddə Nəim Qasimlə yanaşı istintaq nəticəsində müəyyən olunacaq bütün şəriklər, iştirakçılar və təhrikçilərin də məsuliyyət daşıdığı vurğulanıb.
Hizbullah lideri Naim Qassem televiziya çıxışında tərksilahla bağlı açıqlamalar verərək, “Bizi İsraildən qoruyan silahlarımızdan heç vaxt əl çəkməyəcəyik,” - deyə bildirib. Qassem, İsrailin Livan ərazisindəki beş strateji nöqtədəki işğalını davam etdirdiyini vurğulayaraq, “İsrail Livanda qala bilməyəcək və genişlənmə layihəsini həyata keçirə bilməyəcək,” ifadəsini istifadə edib. O, hökumətin silahların dövlət inhisarına verilməsi qərarını konstitusiyaya zidd sayaraq, ABŞ-ın Livanın müdafiə silahlarını bloklamaq cəhdlərini tənqid edib. Qassem, Hizbullahın Livan ordusunu dəstəklədiyini, lakin ordunun ölkə müdafiəsində əsas məsuliyyət daşıyıcısı olması gerektiğini bildirib. O, Hizbullahın İsrail hücumlarına qarşı reaksiya verdiyini, hücumların qarşısını almaqdan daha çox onların qarşısını almağa yönəldiyini qeyd edib.