Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / VOA təhlil mərkəzi
    VOA təhlil mərkəzi

    İranın gizli yollarla Hizbullaha göstərdiyi yardım

    5 Sentyabr 2025 22:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İranın gizli yollarla Hizbullaha göstərdiyi yardım
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi, Səməd Əyyubov

    Avqust ayının sonunda İrandan yüksək rütbəli bir iraqlı rəsmiyə göndərilən məktubda ölkənin qərbindəki rəsmi sərhəd-keçid məntəqəsindən qeyri-adi güzəştlərin göstərilməsi istənilib. Məqsəd Livan “Hizbullah”ına Suriyadan keçməklə böyük məbləğdə pul daşınmasını təmin etmək idi.

    Məsələnin həssaslığı səbəbindən adının açıqlanmasını istəməyən iraqlı rəsmi bildirib ki, müraciətə təhlükəsizlik və siyasi səbəblərdən müsbət cavab verilməyib. Suriyalı və livanlı mənbələrin məlumatına görə, son həftələrdə İranın “Hizbullah”a yardım göndərmək cəhdləri artıb. Qaçaqmalçılıq əməliyyatlarının bir qismi ifşa edilsə də, müəyyən məbləğlərin gizli şəbəkələrin köməyi ilə Livana çatdığı iddia olunur. ABŞ isə hazırda milyonlarla dolların necə “Hizbullah”a ötürüldüyünü izləməyə çalışır.

    “Hizbullah” Livan hökuməti və ABŞ-la silahsızlaşdırılma planı üzərində vaxt qazanmağa çalışsa da, paralel şəkildə resurs bazasını möhkəmləndirməyə yönəlir. Bağdaddakı “Koordinasiya Çərçivəsi”ndə təmsil olunan şiə liderləri isə bildirirlər ki, İran yeni müharibəyə hazırlaşaraq müttəfiqlərinə – xüsusilə də Livandakı tərəfdaşına – dəstəyi bərpa etmək üçün “yeni yollar” axtarmağı tapşırıb. Bir şiə liderin sözlərinə görə, “İranın qarşıdakı mübarizəyə müdafiə xətləri olmadan girməsi yanlış hesab olunur.”

    Tehran niyə məhz Hizbullaha fokuslanıb?

    İranın diqqətini “Hizbullah”a yönəltməsinin əsas səbəblərindən biri Bağdadda yaranan çətinliklərlə bağlıdır. Yerli şiə qruplarına təzyiq artır və onlar açıq şəkildə “müqavimət oxu” çərçivəsində hərəkət etməkdə tərəddüd edirlər.

    Avqustun 23-də İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də açıqlamasında bildirib ki, “İranın strategiyası müqaviməti dəstəkləməkdir. Müharibə müvəqqəti dayandırılsa da, əslində yeni qarşıdurma artıq başlayıb.”

    İrana yaxın mənbələr yazırlar ki, göndərilən məktubda İraq-Suriya sərhədindəki Qaim keçid məntəqəsi vasitəsilə çox böyük məbləğdə pul daşınması tələb olunub. Məktubu alan iraqlı rəsmi soruşub ki, vəsait Suriya ərazisindən necə daşınacaq. Cavab olaraq isə bildirilib ki, İranın Suriyada etibarlı qaçaqmalçılıq şəbəkələri var və pul problemsiz şəkildə Dəməşqə çatdırılır. Mənbələr əlavə ediblər ki, Suriyada hələ də müxtəlif etnik və siyasi qruplardan ibarət (keçmiş Əsəd rejimi üzvləri, İŞİD qalıqları və digər silahlı dəstələr daxil olmaqla) aktiv şəbəkələr mövcuddur.

    Lakin Bağdad bu tələbi tamamilə rədd edib. Çünki bölgə ABŞ-ın ciddi nəzarəti altındadır və belə bir əməliyyat İraqın rəsmi qurumlarını böyük riskə ata bilər. Analitiklərin fikrincə, İranın rəsmi sərhəd-keçid məntəqəsindən istifadə etməyə çalışması, əvvəlki qeyri-leqal yolların ya bağlanması, ya da nəzarətin güclənməsi ilə izah oluna bilər.

    Qaim bölgəsi hazırda ABŞ pilotsuz aparatlarının daimi nəzarəti altındadır və hər hansı şübhəli fəaliyyəti gizlətmək çətindir. Əvvəllər həmin ərazilərdə şiə qrupları açıq şəkildə düşərgələr quraraq fəaliyyət göstərirdilərsə, indi diqqət çəkməmək üçün fəaliyyətlərini gizlətməyə məcburdurlar. Suriyalı rəsmilər də bildirirlər ki, sərhəd boyunca qaçaqmalçılıq hələ də mövcuddur, amma rəsmi keçidlərdən pul daşınmasına dair fakt qeydə alınmayıb.

    İranın Hizbullaha maliyyə yardımı və ABŞ-ın gördüyü tədbirlər

    Beyrutdakı müşahidəçilərin fikrincə, “Hizbullah” ABŞ və Livan hökumətinin təzyiqlərinə baxmayaraq, maliyyə dəstəyi sayəsində mövqeyini gücləndirir. ABŞ senatoru Lindsi Qraham ötən ay Livanlı deputatlara bildirib ki, Vaşinqtonun əlində “Hizbullah”a milyonlarla dollar çatdırıldığına dair məlumat var.

    ABŞ Maliyyə Nazirliyi də dəfələrlə bəyan edib ki, prezident Donald Trampın göstərişi ilə İranın maliyyə təsirini məhdudlaşdırmaq üçün sərt tədbirlər görülür. Dövlət Departamenti isə 2022-ci ildə İranın “Hizbullah”a ildə 700 milyon dollara qədər maliyyə ayırdığını açıqlamışdı. Hətta 2016-cı ildə təşkilatın keçmiş baş katibi Həsən Nəsrullah açıq şəkildə İrandan maliyyə aldıqlarını etiraf etmişdi.

    Bununla belə, Livanda bir çoxları hesab edir ki, “Hizbullah” aldığı vəsaiti açıq şəkildə xərcləmir, əsasən gələcək hərbi qarşıdurma üçün saxlayır. İsrail ordusu dəfələrlə İrandan və İraqdan Livana pul daşınmasını təşkil edən şəxsləri hədəfə alsa da, mənbələr İran və “Hizbullah”ın daim alternativ yollar saxladığını bildirirlər.

    Livandakı təhlükəsizlik mənbələri də Suriya ilə sərhədin tam bağlanmasının mümkünsüz olduğunu qəbul edirlər. Onların sözlərinə görə, sərhədin uzunluğu və mürəkkəb relyefi səbəbindən tam nəzarət mümkün deyil. Resursları məhdud olan Livan ordusu yalnız bəzi qeyri-leqal keçidləri baryerlərlə və xəndəklərlə bağlaya bilir. Şimalda isə Böyük çay üzərindəki körpülər nəzarətsiz qalır və buradan piyada və avtomobillə asanlıqla keçmək mümkündür.

    #İran #Livan #İraq #Hizbullah #maliyyə yardımı #Livan xəbərləri #İran və Hizbullah əlaqələri #İsrailin Hizbullah ittihamları #İsrail və Hizbullah qarşıdurması #Hizbullah və Livan siyasəti #Hizbullah və Livan münaqişəsi #İsrail və Hizbullah müharibəsi #Hizbullahın Livandakı təsiri #Livan ordusu və Hizbullah qarşıdurması #Hizbullahın siyasi strategiyası #Hizbullahın Livandakı rolu #Hizbullah və İsrail döyüşləri #Səməd Əyyubov #İran və Hizbullah dəstəyi #Hizbullah və İran #Hizbullah və İran Suriyada nə qədər güclüdür? #Hizbullah və Suriya münaqişəsi #Hizbullah Briqadaları İraq #Hizbullahın hərbi arsenalı #Hizbullahın silahsızlaşdırılması
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    31 Avqust 2026 21:30

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    31 Avqust 2026 21:22

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    31 Avqust 2026 20:47

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    31 Avqust 2026 20:42

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    31 Avqust 2026 20:20

    İranın ABŞ qüvvələrinə istənilən hücumuna cavab veriləcək - Tramp

    31 Avqust 2026 19:38

    Aİ İran üzərində təzyiqi saxlamaq üçün ABŞ və “Böyük yeddilik”lə əməkdaşlığı davam etdirəcək

    31 Avqust 2026 19:28

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    31 Avqust 2026 18:39

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    31 Avqust 2026 18:29

    Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

    31 Avqust 2026 18:23

    ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

    31 Avqust 2026 18:17

    BƏƏ İranın ölkəyə qarşı düşmən hücumunu qətiyyətlə pisləyir

    31 Avqust 2026 14:55
    XƏBƏR LENTİ

    Tarixdə bu gün — 1 Sentyabr

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişindən sonra ilk birgə qərarları açıqlayıb

    Tramp Xark adası ilə bağlı paylaşımı ilə İrana mesaj göndərir - Vens

    SEPAH Hörmüz boğazında ABŞ-nin MQ-9 pilotsuz uçuş aparatını vurduğunu iddia edib

    Anthropic-in Claude modeli ilə bağlı yeni müəllif hüquqları mübahisəsi başlayıb

    Sanksiyaların məqsədi İranı danışıqlar masasına gətirməkdir - Skott Bessent

    Cozef Aun Afinada atəşkəs razılaşmasının tam yerinə yetirilməsinə çağırıb

    CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

    İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir Əl-Əqsa məscidinə daxil olub

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.