İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı Deyr Kifa şəhərində "Hizbullah"a məxsus silah anbarını hədəfə aldığını açıqlayıb. Ordunun bəyanatında silah anbarının mövcudluğunun İsrail və Livan arasında əldə edilmiş razılaşmaların pozulması olduğu vurğulanıb. “İD İsrail və vətəndaşlarına qarşı təhdidləri aradan qaldırmaq üçün səylərini davam etdirəcək”, – açıqlamada bildirilib. Hücumdan sonra şəhərdə çaxnaşma yaşandığı, yayılan həvəskar kadrların panika anlarını əks etdirdiyi qeyd olunub. Livan mediası isə əməliyyatın iki yer-yer raketi ilə həyata keçirildiyini və ölənlərlə yaralıların olduğunu iddia edib.
#İsrail və Hizbullah qarşıdurması
Hizbullahın Livanda və bölgədəki rolu uzun illər ərzində həm regional, həm də beynəlxalq siyasətin mərkəzində olub. Təşkilatın silahlı qüvvələrinin tərksilah olunması və siyasi inteqrasiyası məsələsi təkcə İsrailin deyil, həm də Livan hökumətinin prioritet hədəflərindən biridir.
İsrail ordusu Livanın cənubundakı Şəkif təpəsi bölgəsində Hizbullaha məxsus hərbi infrastruktur və yeraltı obyektləri hava zərbələri ilə hədəf alıb. Ordunun mətbuat xidmətinin yaydığı məlumata görə, hücumlar bölgədə müşahidə edilən hərbi fəaliyyətlərdən sonra həyata keçirilib. İsrail tərəfi bu obyektlərin mövcudluğunu İsrail–Livan razılaşmalarının pozulması kimi qiymətləndirib.
Livanın ədliyyə naziri Adil Nəssar, silahlarını təhvil verməkdən imtina edən Hizbullaha xəbərdarlıq edib. Nəssar açıqlamasında bəzi şəxslərin silahı müdafiə adı ilə Livanı məhv etməklə hədələməsinin, “bu silahlar guya ölkəni qorumaq üçündür” iddiasını tamamilə aradan qaldırdığını bildirib.
İran Livan hökumətinin “Hizbullah”ın tərksilah edilməsinə dair qərarına qarşıdır. Bu haqda İranın Ali Dini Lideri Ayətullah Seyid Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti bildirib. Onun sözlərinə görə, “Livanı qoruyan Hizbullah, bu amerikalı planlara qarşı özünü də qoruyacaq.”
Hizbullah Livan hökumətinin İsrailin hücumlarına qarşı duran müqavimət qüvvələrindən silahların alınması barədə qərarını böyük səhv adlandırıb. Bu barədə təşkilatın "Telegram" kanalında yaydığı bəyanatda bildirilib.
O bildirib ki, Hizbullah atəşkəs razılaşmasının bütün bəndlərinə əməl edib və İsrailə qarşı heç bir pozuntu qeydə alınmayıb. Brakın təkliflərinin Livanın hərbi gücünü əlindən almağı və ordunun effektiv silaha sahib olmasının qarşısını alacağını deyən Qasim, ABŞ təmsilçisinin hətta əl qumbaraları və minaatanlar kimi sadə silahların da 30 gün ərzində təhvil verilməsini istədiyini açıqlayıb.
Hizbullah, silahlarını təhvil vermək üçün hər hansı bir vaxt cədvəli müəyyən edilməsinə qarşı çıxdığını açıqlayıb. Bu barədə Hizbullahın baş katibi Naim Qasim bildirib.
Livanın Xristian müxalifət lideri Samir Caca Hizbullahı Livanı yüz il geriyə aparmaqda ittiham edib. Onun bu açıqlaması, hökumətin avqustun 6-da keçirəcəyi və “silah üzərində dövlətin inhisarını təmin edəcək icra mexanizmini” təsdiqləməyi hədəfləyən mühüm iclas ərəfəsində verilib. Hizbullah isə bildirib ki, silahı yerə qoymaq Livanı İsrailə təslim etmək deməkdir. Livanın kənd təsərrüfatı naziri Nizar Hani yerli radioya açıqlamasında deyib ki, bu iclas prezident Cozef Aunun andiçmə nitqində qoyduğu əsas prinsiplərə uyğundur. Həmin nitqdə silahın yalnız dövlətə məxsus olması üçün müddət təyin olunmuşdu. Hani əlavə edib ki, bu məsələ hökumət daxilində geniş siyasi razılıqla qarşılanır və Hizbullahla Amal hərəkatı da daxil olmaqla heç bir tərəf iclası boykot etməyəcək.
Aun qeyd edib ki, siyasi qüvvələrin hamısı bu tarixi fürsətdən istifadə edərək silahın yalnız dövlətin nəzarətində olması prinsipini dəstəkləməlidir.
Hizbullaha bağlı Livan mediası bu məsələdə böyük şişirtməyə yol verir.
Bu çıxış Hizbullahın öz səlahiyyətlərini Livan dövlətinə tabe etdiyini ilk dəfə açıq şəkildə etiraf etməsi ilə diqqət çəkdi.