Ərdoğan, Qəzza zolağındakı humanitar vəziyyətin kritik həddə çatdığını, baş verənlərə yalnız reaksiya verməyin kifayət etmədiyini, bunun qarşısının alınması üçün addımlar atmağın bəşəriyyətin üzərinə düşən bir vəzifə olduğunu vurğulayıb.
#Qəzza hücumu
İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, bu həftə Təhlükəsizlik Kabinetinin kiçik tərkibli iclasını keçirəcək. Bu barədə Netanyahu Nazirlər Kabinetinin iclasının əvvəlində çıxış edərkən deyib.
HƏMAS Qəzza zolağındakı münaqişənin hərtərəfli həlli və anklavda saxlanılan bütün israilli girovların azad edilməsi məqsədilə danışıqlar aparmağa hazırdır. Bu barədə "The National" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzza zolağında aclıq və qidalanma çatışmazlığı səbəbindən son 24 saatda daha 5 nəfər həyatını itirib. Bununla birlikdə aclıqdan ölənlərin ümumi sayı 93-ü uşaq olmaqla, 180 nəfərə çatıb.
"İsrail Qəzza cəmiyyətini parçalamaq və müqavimət iradəsini qırmaq məqsədi daşıyan bir strategiya ilə fəaliyyət göstərir. Bu məqsədlə xaos mühiti yaradır və humanitar yardımların təhlükəsiz çatdırılmasına mane olur"- deyə açıqlamada qeyd olunub.
İsrailin ağır mühasirəsi altında aclıq və ehtiyac içində yaşayan Qəzza zolağında son bir sutkada daha 5 nəfər aclıqdan həyatını itirib.
ABŞ prezidenti Donald Tramp Qəzzadakı müharibəni “soyqırımı” kimi görmədiyini bildirib. O, 2023-cü il 7 oktyabrda “Həmas”ın hücumu zamanı “dəhşətli hadisələrin baş verdiyini” vurğulayıb.
İsrailin təhlükəsizlik kabineti bu həftə Qəzzaya mərhələli şəkildə hücumların genişləndirilməsi və atəşkəs danışıqlarının gələcəyi ilə bağlı qərar verəcək.
HƏMAS-ın hərbi qolu olan “İzzəddin əl-Qəssam Briqadaları” Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) girovlara humanitar yardım çatdırılması ilə bağlı istənilən müraciətinə cavab verməyə hazır olduqlarını bildirib. Bu barədə hərəkatın rəsmi nümayəndəsi Əbu Ubeydənin “HƏMAS”ın “Telegram” kanalında dərc olunan bəyanatında qeyd olunub.
Son 24 saat ərzində İsrailin Qəzza zolağına həyata keçirdiyi hücumlar nəticəsində azı 119 nəfər həlak olub, 866 nəfər isə yaralanıb. Bu barədə fələstinli mənbələr məlumat yayıb.
Türkiyə Xarici İşlər Naziri Hakan Fidan, Misir Xarici İşlər Naziri Bədr Əbdül Ati ilə telefon danışığı aparıb. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən mənbələr məlumat verib.
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Qəzza zolağında davam edən müharibə və Ukraynadakı gərgin münaqişə ilə bağlı dərin təəssüfünü bildirib.