Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrailin Qəzzaya hücumları zamanı daha 34 nəfər həlak olub

    4 Avqust 2025 16:17
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrailin Qəzzaya hücumları zamanı daha 34 nəfər həlak olub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Zeynəb Raminqızı

    Qəzzada aclıq və dərman çatışmazlığı səbəbindən humanitar böhran dərinləşir.

    AzerVoice xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Qəzza zolağında aclıq və qidalanma çatışmazlığı səbəbindən son 24 saatda daha 5 nəfər həyatını itirib. Bununla birlikdə aclıqdan ölənlərin ümumi sayı 93-ü uşaq olmaqla, 180 nəfərə çatıb.

    Nazirliyin “Facebook” hesabında paylaşılan məlumata görə, humanitar böhran ərzaq və tibbi ləvazimat çatışmazlığı fonunda getdikcə dərinləşir. Rəsmilər beynəlxalq ictimaiyyət və yardım təşkilatlarını təcili müdaxiləyə çağırır.

    Fələstin mediası xəbər verir ki, bu gün səhər saatlarından etibarən İsrailin Qəzzanın müxtəlif bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı 34 nəfər həlak olub. Onlardan 17-si yardım almağa çalışan mülki şəxslər olub.

    Səhiyyə Nazirliyi əlavə edib ki, bölgədə "kəskin yumşaq iflic" və "Giyen-Barre sindromu" kimi halların sayında artım müşahidə olunur. Qeyd olunur ki, bu xəstəliklər qidalanma çatışmazlığı və qeyri-adi infeksiyalarla əlaqəlidir. Artıq bu sindromdan 3 ölüm halı qeydə alınıb.

    Aparılan tibbi testlər, bölgədə poliomielit xaricində müxtəlif bağırsaq viruslarının yayıldığını göstərib. Bu, Qəzzada yoluxucu xəstəliklərin nəzarətsiz şəkildə yayıldığını ortaya qoyur.

    BMT-nin son açıqlamasına görə, Qəzza zolağı faktiki olaraq aclıq astanasındadır. İsrail qüvvələrinin bölgəyə gedən bütün sərhəd-keçid məntəqələrinə nəzarət etməsi və humanitar yardımların girişinə aylarla qismən və ya tam şəkildə mane olması, böhranı daha da ağırlaşdırır.

    Bəzi ərəb və xarici ölkələr Qəzzaya havadan yardım göndərməyə çalışsa da, beynəlxalq təşkilatlar bu üsulun çox az miqdarda yardım daşıya bilməsi və yüksək maliyyətli olması səbəbindən qeyri-effektiv olduğunu bildirir.

    #Qəzza #Qəzza zolağı #Fələstin Səhiyyə Nazirliyi #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #İsrail və Fələstin münaqişəsi 2025 #Fələstin-İsrail münaqişəsi #Fələstin humanitar yardımı #İsrail və Qəzza münaqişəsi #Fələstin-İsrail iki dövlətli həll #İsrail ABŞ Qəzza yardımı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS-ın yeni lideri vasitəçi ölkələrə təşəkkür edib

    22 İyul 2026 20:05

    HƏMAS-ın yeni lideri Xəlil əl-Həyyə ilk bəyanatını verib

    22 İyul 2026 19:30

    Qəzzada ölənlərin sayı 73 min 305 nəfərə çatdı

    22 İyul 2026 18:05

    BMT Qəzzada artan hücumlarla bağlı xəbərdarlıq edib

    21 İyul 2026 21:08

    Qəzzada gərginlik davam edir - yeni itkilər qeydə alınıb

    21 İyul 2026 19:18

    HƏMAS siyasi bürosuna yeni rəhbər seçilib

    21 İyul 2026 18:57

    Qəzzanın cənubunda HƏMAS komandiri öldürülüb - İsrail ordusu

    21 İyul 2026 18:54

    İran İspaniyanın Dünya Kuboku qələbəsini siyasi mesajla təbrik edib

    20 İyul 2026 19:39

    İsrailin Qəzzanın cənubuna dron zərbəsi nəticəsində azı 3 nəfər ölüb

    20 İyul 2026 19:25

    HƏMAS-ın yeni rəhbəri bəlli oldu

    20 İyul 2026 17:00

    Qəzza şəhərinin əz-Zeytun məhəlləsinə endirilən zərbədə ölənlərin sayı artıb

    18 İyul 2026 21:42

    Belçika Fələstin ərazilərindən məhsul idxalını dayandırır

    18 İyul 2026 19:17
    XƏBƏR LENTİ

    Lavrovla səmimi və konstruktiv görüş keçirdik - Rubio

    Səudiyyəli investorların Türkiyəyə yatırımı 311 milyon lirəni keçib – ÖZƏL

    Suriyalı investorların Türkiyəyə yatırımı 2 milyard lirəni keçib – ÖZƏL

    Sadır Japarov TDT-nin Baş katibi ilə görüşüb

    Türkiyədə Rusiya kapitallı yeni şirkətlərin sayı artıb – ÖZƏL

    Qazaxıstanda ilk dəfə aerotaksi sınaqdan keçirilir

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb

    Heç bir faktor İran-İraq bağlarını poza bilməz - Pezeşkian

    İsrail ordusu Qəzzada 12 futbolçunu öldürüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.