Avropa Parlamentində (AP) təmsil olunan Sol, Yaşıllar və Sosialistlər və Demokratların İrəliyə Doğru İttifaqı (S&D) qruplarının liderləri Avropa İttifaqının (Aİ) yüksək vəzifəli rəsmilərinə ünvanladıqları ortaq məktubla, İsrailin Qəzza zolağında həyata keçirdiyi soyqırımı dayandırmaq üçün təcili tədbir görməyə çağırıblar.
#Qəzza hücumu
İsrailin hücumları və sanksiyaları səbəbindən aclıq yaşanan Qəzza Zolağında son 24 saatda 5 fələstinli daha aclıqdan dünyasını dəyişib, aclıq səbəbindən ölənlərin sayı 193-ə çatıb. Qəzza Sağlamlıq Nazirliyinin baş direktoru Munir əl-Burş sosial media hesabında Qəzzada aclıqdan həyatını itirənlər barədə məlumat verib. İsrailin hücumları və humanitar yardımın girişini məhdudlaşdıran sərt blokadası altında olan Qəzza Zolağı aclığın yayıldığı, su, dərman, tibbi vasitələr və gigiyena mallarının çatışmadığı humanitar fəlakətlə üzləşib.
İsrail ordusunun 7 oktyabr 2023-cü ildən bəri Qəzza Zolağına təşkil etdiyi hücumlarda 19 minə yaxın müəllim və tələbənin həyatını itirdiyi bildirilib. Fələstin Təhsil və Ali Təhsil Nazirliyi 7 oktyabr 2023-dən 5 avqust 2025-ə qədərki dövrdə baş vermiş İsrail hücumlarının təhsil sektorunda yaratdığı dağıntılar, ölüm və yaralanmalarla bağlı hesabat yayıb. Hesabata görə, İsrailin işğal altında olan Fələstin torpaqları və Qətliamın baş verdiyi Qəzza Zolağındakı hücumlarda 18 min 685 müəllim və tələbə həyatını itirib, 32 min 399 nəfər isə yaralanıb.
İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik məsələlərinə həsr olunmuş kiçik tərkibli müşavirə keçirib. Baş nazirin ofisinin verdiyi məlumata görə, təxminən üç saat davam edən iclasda əsas müzakirə mövzusu Qəzza zolağındakı vəziyyət olub.
İordaniyanın xarici işlər naziri Əymən əs-Səfədi bildirib ki, 1967-ci il iyunun 4-dəki sərhədlər əsasında, paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulması bölgədə ədalətli və hərtərəfli sülhün təmin olunmasının yeganə yoludur. Bu barədə İordaniya Xarici İşlər Nazirliyinin, Səfədinin Çexiyalı həmkarı Yan Lipavski ilə telefon danışığından sonra yaydığı bəyanatda bildirilib.
İsrailin sabiq Baş naziri Naftali Bennett, ölkəsinin Amerika Birləşmiş Ştatlarındakı nüfuzunun ciddi şəkildə zədələndiyini və artıq “parya dövlət” (kənarlaşdırılmış dövlət) kimi qəbul edildiyini bildirib.
Fələstin Səhiyyə Nazirliyinin Qəzzadakı baş direktoru Munir əl-Burş sosial şəbəkədə Qəzzada aclıqdan ölənlərin ölümü ilə bağlı məlumat paylaşıb. Son 24 saatda biri uşaq olmaqla daha 8 fələstinli aclıqdan ölüb, bununla da Qəzzada ölənlərin sayı 94-ü uşaq olmaqla 188-ə çatıb.
İsrail parlamentində (Knesset) müxalifətdə təmsil olunan Ortaq Siyahı Partiyasının millət vəkili Ofer Kassif, Qəzza zolağında İsrailin soyqırım törətdiyinə dair açıqlamanı səsləndirdiyi üçün parlament kürsüsündən zorla uzaqlaşdırılıb. Hadisə, Kassifin dünən axşam parlamentdə etdiyi çıxış zamanı baş verib. O, çıxışının görüntüsünü sosial media hesabında paylaşaraq baş verənlərə sərt reaksiya verib.
İsrail ordusunun Qəzza zolağına təşkil etdiyi hücumlarda 9-u humanitar yardım gözləyən şəxs olmaqla, ümumilikdə 20 fələstinli həyatını itirib.
Bu barədə İsrail mediası məlumat yayıb. Kanal 13 televiziyası tərəfindən yayımlanan gizli sənədlərə əsasən, Netanyahu hökuməti təhlükəsizlik və kəşfiyyat rəsmilərinin dəstəklədiyi hərtərəfli razılaşmaya qarşı çıxıb.
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) bəyanatına görə, Qəzzada 22 ay ərzində 18 mindən çox uşaq öldürülüb və "Qəzzada hər gün orta hesabla bir sinif dolusu uşaq öldürülür" ifadəsinə yer verilib. UNICEF Qəzzadakı hadisələrlə bağlı X sosial media platformasında rəsmi açıqlama yayıb.
May ayından bəri Qəzzada İsrailin yardım paylama məntəqələrində və BMT-nin yardımlarının keçdiyi yollarda humanitar yardım gözləyən 1 500 nəfər öldürülüb.